Braziliya millisinin sabiq üzvü karyerasını bitirdi

Braziliya millisinin sabiq üzvü karyerasını bitirdi
XƏBƏR 11 Dekabr 2021 / 15:59 2816
-  A +

Braziliya millisinin sabiq hücumçusu Luis Fabiano karyerasını bitirib.

Qol.az xəbər verir ki, bu barədə 41 yaşlı hücumçu özü açıqlayıb. Sonuncu dəfə peşəkar səviyyədə 2017-ci ildə “Vasko da Qama”nın formasını geyinmiş Fabiano futbolla rəsmən vidalaşdığını bildirib.

Qeyd edək ki, Luis Faboano karyerası ərzində “Porto”, “San Paulo”, “Renn”, "Sevilya" kimi klublarda çıxış edib. O, “Sevilya”nın heyətində 2 dəfə UEFA kubokunu (indiki Avropa Liqası) və İspaniya kubokunu, 1 dəfə isə UEFA Superkubokunu və İspaniya Superkubokunu qazanıb.


Son xəbərlər
topaz banner