Terim 3 futbolçunu göndərir, 2 yeni oyunçu istəyir

Terim 3 futbolçunu göndərir, 2 yeni oyunçu istəyir
XƏBƏR 11 Dekabr 2021 / 12:59 3572
-  A +

“Qalatasaray”ın qış transfer pəncərəsində yollarını ayıracağı və heyətinə qatacağı futbolçuların siyahısı müəyyənləşdirib.

Qol.az xəbər verir ki, İstanbul təmsilçisi yarımmüdafiəçilər Qustavo Assunsao, Sofian Fequli və hücumçu Rayan Babeli komandadan göndərəcək. Baş məşqçi Fatih Terim rəhbərliyə yüksək ödənişli olan hər üç oyunçudan qurtulmağı tapşırıb. Terim onların əvəzində “Benfika”nın yarımmüdafiəçisi Gedson Fernandeş və “Bode-Qlimt”in hücumçusu Ola Solbakkeni komandasında görmək istəyir. Klub artıq sözügedən oyuçularla danışıqlara başlayır. 

Qeyd edək ki, Avropa Liqasında 1/16 final mərhələsinə yüksələn “Qalatasaray” Türkiyə Super Liqasında 7-ci pillədə qərarlaşır.


Son xəbərlər
topaz banner