"Qarabağ"ın futbolçuları ən yaxşılar arasında

"Qarabağ"ın futbolçuları ən yaxşılar arasında
XƏBƏR 11 Dekabr 2021 / 09:55 3177
-  A +

Konfrans Liqasının qrup mərhələsinin 6-cı turundan sonra futbolçuların statistik göstəriciləri açıqlanıb.

Qol.az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Kadi Borges də ən yaxşılar sırasında yer alıb. O, cinahdan cərimə meydançasına ən çox dəqiq ötürmə verən iki oyunçudan biridir. 25 yaşlı yarımmüdafiəçinin İsveçrədə "Bazel"lə qarşılaşmada 5 cəhdi uğurlu alınıb. Braziliyalı oyunçu Niderlandın "Vitess" klubunda çıxış edən Maksimilian Vitteklə birlikdə 1-2-ci yerləri bölüşdürür.

Azərbaycan təmsilçisində Şahruddin Məhəmmədəliyev isə ən çox qurtarış edən qapıçıların sırasındadır. O, "Bazel"dən Haynts Linder və Serbiya "Partizan"ından Aleksandar Popoviçlə birgə 4 - 6-cı pillələri bölüşdürür. Hər üç qolkiper 5 dəfə komandasını real qoldan xilas edib.

Qeyd edək ki, "Qarabağ" "Bazel"ə 0:3 hesabı ilə uduzub.


Son xəbərlər
topaz banner