"Hakimin qərarını siz necə qarşıladınızsa, biz də elə qarşıladıq. Sadəcə, belə qərarın verilməsi biabırçılıq idi".
Bu fikirləri "Report"a açıqlamasında "Qarabağ"ın Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadə İsveçrədə "Bazel"ə qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyununda üzləşdikləri hakim ədalətsizliyindən danışarkən deyib.
O, Abdullah Zubirin 2-ci dəqiqədəki qolunda topun qapı xəttindən iki metrədək içəri keçdiyini və hakimlərin bunu görmədiyini bildirib: "Bəziləri düşünə bilər ki, 3 top fərqi ilə məğlub olmuşuq. Amma futbolu yaxından izləyənlər və dərindən bilənlər erkən qolun bütün matçın axarını dəyişə biləcəyindən xəbərdardırlar. Artıq bu qoldan sonra üstünlük, həm mənəvi, həm psixoloji, həm də hesab baxımından bizim tərəfimizdə olacaqdı. Belə olan halda oynamaq daha rahat olardı".
Klub rəsmisi oyundan sonra rəsmi şəxslərə şifahi narazılığıqlarını bildirdiklərini söyləyib: "Amma bu narazılıqlara baxan kimdir? UEFA nümayəndəsi və qarşılaşmanın hakim-inspektoru da bunu görüb. Xorvatiyalı baş hakim Fran Yoviç oyunun gedişində - ikinci hissədə futbolçumuz Kevin Medinaya "üzr istəyirəm, mən səhv etdim" deyib. Hakimlər səhvə yol verdiklərini fasilədə biliblər. Ümid edək ki, bu, sadəcə, səhv idi və hansısa qərəz deyildi".
Abbaszadə qərara rəsmi şəkildə etiraz edəcəklərini vurğulayıb: "Hazırda yoldayıq. Bakıya qayıdandan sonra rəsmən etirazımızı bildirəcəyik. Amma bu nəyi dəyişəcək? Bu, "Qarabağ"a qarşı ilk hakim səhvi deyil. Ümumiyyətlə, "Bazel"in lehinə olan ilk hakim səhvi də deyil. "Kayrat"la matçda da onların lehinə qərarlar çıxarılıb. Orada hakim səhvi olmasaydı, qapımıza ikinci qolu vuran Paytim Kasami bizə qarşı matçda meydanda olmamalı idi. Çünki o, əvvəlki qarşılaşmada meydandan qovulmalı idi. Bütün bunlar istər-istəməz xoş deyil".
Qeyd edək ki, qarşılaşma "Bazel"in 3:0 hesablı qələbəsi ilə bitib.
PSJ Enrike ilə müqaviləni uzadır
İtaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Barselona"dan Messi açıqlaması
Endrik 19 yaşında ata olacaq - Şəkil
Deşam "Real"ın baş məşqçisi ola bilər
"Borussiya"da yeni müqavilə
Rüstəmlinin het-triki, "Karvan-Yevlax"ın qalibiyyəti - Video
“Bəzi komandalarla nəinki başabaş, üstün də oynaya bilərik”
“Qarabağ”la oyundan sonra komandamı tanıya bilmirəm”
İnfantino Ərdoğana dünya kubokunu verdi
Rauf Rüstəmli het-trik etdi - “Karvan-Yevlax” qalib gəldi
"Yuventus" Spalettinin müqaviləsini uzatdı - Rəsmi
Polşa millisinin məşqçisi 49 yaşında vəfat etdi
Alisson Bekker "Yuventus"la razılaşdı
AFFA-nın təşkilatçılığı ilə keçirilən UEFA kursu başa çatdı
Yevlaxda heyətlər açıqlandı
Məqsəd İsayev çarpaz bağlarından əməliyyat edildi
Gəncə stadionuna ot örtüyü salınır - Video
9 illik “Liverpul” karyerası bitir - Rəsmi
"Səbail" tərcüməçisinə görə cərimə olundu
"Arsenal" Arteta ilə yeni müqavilə üçün danışığa başlayıb
Fernando Santuşla bağlı diqqətçəkən xəbər
"Budo-Qlimt"in rus qapıçısı Norveç vətəndaşlığı aldı
Keysuki Hondanın yeni klubu bilindi
Misli Premyer Liqasında 5 oyunun hakimləri açıqlandı
Niderland klublarından belə uduzanı olmamışdı
"Gürcüstan yığması səhvlərimizi bağışlamadı"
Arda Turan: "Arxayınlıq yaransa, darmadağın olarıq" - Video
Arbeloa ilə futbolçusu arasında münaqişə
Messinin zərbəsi fotoqrafa baha başa gəldi - Video
Konfrans Liqasında 1/4 final başladı
"Aston Villa" və "Frayburq"dan qələbə
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində