Kabral həftənin ən yaxşısı adına namizəd oldu

Kabral həftənin ən yaxşısı adına namizəd oldu
XƏBƏR 10 Dekabr 2021 / 10:12 1410
-  A +

Konfrans Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib.

Qol.az xəbər verir ki, "Qarabağ"la görüşdə (3:0) dubl edən İsveçrə "Bazel"inin hücumçusu Artur Kabral da 4 iddiaçıdan biridir. 

Onunla yanaşı, Yunanıstan PAOK-undan Andriya Jivkoviç, İtaliya "Roma"sından Temmi Abraham və Rumıniya ÇFR-indən Qabriel Debelyux da ən yaxşı adına namizəddir.

Qalib futbolçu UEFA-nın rəsmi saytında səsvermə nəticəsində müəyyənləşəcək.


Son xəbərlər
topaz banner