"Qarabağ"ın potensial rəqibləri bilindi - Püşkatmanın vaxtı...

"Qarabağ"ın potensial rəqibləri bilindi - Püşkatmanın vaxtı...
XƏBƏR 10 Dekabr 2021 / 01:57 14654
-  A +

Konfrans Liqasının qrup mərhələsinin sonuncu turunda "Bazel" 0:3 hesabı ilə uduzaraq H qrupunu 2-ci pillədə başa vuran "Qarabağ"ın turnirin pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Qol.az xəbər verir ki, Ağdam təmsilçisi bu mərhələdə  Avropa Liqasının qrup 3-cüləri olan “Seltik” (Şotlandiya), “Fənərbaxça”, (Türkiyə), "Lester" (İngiltərə), "Sparta" (Çexiya), PSV (Niderland), "Marsel" (Fransa), "Midtülland" (Danimarka) və  "Rapid" (Avstriya) kimi komandalardan biri ilə qarşılaşacaq. Cütün qalibi 1/8  finala adlayacaq.

16 komandanın iştirakı ilə keçiriləcək pley-offun püşkatma mərasimi dekabrın 13-də təşkil olunacaq. Bu zaman KL-in qrup 2-ciləri “səpələnmişlər”, AL-in qrup 3-cüləri isə “səpələnməmişlər” səbətində yer alacaqlar. KL-in qrup ikinciləri cavab görüşlərini evdə keçirəcəklər. 

Pley-offun oyunları isə 2022-ci ilin fevralın 17-si və 24-də keçiriləcək.


Son xəbərlər
topaz banner