Mahir "Legiya"nın azyaşlı azarkeşlərini sevindirdi

Mahir "Legiya"nın azyaşlı azarkeşlərini sevindirdi
XƏBƏR 7 Dekabr 2021 / 00:20 2362
-  A +

Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi Polşanın "Legiya" klubu yeni il öncəsi azyaşlı azarkeşlərlə görüşüb.

Qol.az xəbər verir ki, uşaqlar klubun fanşopunda komandanın bir neçə oyunçusu ilə əyləniblər.

Futbolçuların arasında Emreli də olub. Fanatların suallarını cavablandıran 24 yaşlı forvard onlara üzərində öz imzası olan top və forma hədiyyə edib.


Son xəbərlər
topaz banner