"Sent Etyen" baş məşqçisi ilə yolları ayırdı

"Sent Etyen" baş məşqçisi ilə yolları ayırdı
XƏBƏR 6 Dekabr 2021 / 11:43 1400
-  A +

Fransanın "Sent Etyen" klubu baş məşqçisi Klod Pyuellə yollarını ayırıb.

Qol.az xəbər verir ki, bu barədə Liqa-1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Buna komandanın uğursuz nəticələri səbəb olub. Son olaraq “Renn”ə 0:5 hesabı ilə uduzan "Sent Etyen" ardıcıl 3-cü məğlubiyyətini alıb. Komanda 17 matçda 12 xalla turnir cədvəlində sonuncudur.

Qeyd edək ki, Pyuel 2019-cu ilin oktyabrından komandaya rəhbərlik edirdi.


Son xəbərlər
topaz banner