Nuriyevin komandasından səfər qələbəsi

Nuriyevin komandasından səfər qələbəsi
XƏBƏR 5 Dekabr 2021 / 01:10 1805
-  A +

Ukrayna Premyer Liqasında 17-ci turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin çıxış etdiyi “Kolos” səfərdə Xarkov “Metallist”i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 1:0.

Nuriyev də bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və 64-cü dəqiqədə əvəzlənib.

“Kolos” 17 turdan sonra 21 xalla 16 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.


Son xəbərlər
topaz banner