Dadaşov "Şalke"nin əsas komandasında debüt etdi - Yenilənib

Dadaşov "Şalke"nin əsas komandasında debüt etdi - Yenilənib
XƏBƏR 5 Dekabr 2021 / 01:24 7857
-  A +

Millimizin sabiq üzvü Rüfət Dadaşov "Şalke"nin əsas komandasında debüt edib.

Qol.az xəbər verir ki, komandanın bir sıra aparıcı futbolçusu sıradan çıxdığından baş məşqçi Dimitrios Qrammozis 2-ci Bundesliqanın 16-cı turunda "Sankt-Pauli" ilə oyunda əvezidici komandada çıxış edən Dadaşovu start heyətdə meyana buraxıb. 30 yaşlı forvard 81-ci dəqiqədə əvəzlənib. "Şalke" səfər matçında 1:2 hesabı ilə məğlub olub.

"Sankt-Pauli" - "Şalke" - 2:1

Qollar: Burqstaller, 20, 39 - Zalazar, 75

Hazırda "Sankt-Pauli" 35 xalla 1-ci, "Şalke" 26 xalla 7-ci pillədə qərarlaşıb.


Son xəbərlər
topaz banner