“Bilirdik ki, bizi qarşıda çətin oyun gözləyir. Heyətimizdə itkilər var idi. İki futbolçu sarı vərəqə limitinə görə matçı buraxırdı. Ona görə heyətdə rotasiya etməyə məcbur idik. Oyuna gəlincə, qarşılaşmanın ilk yarısında komanda verilən tapşırığı yerinə yetirirdi. Çoxsaylı qol epizodları da yaratdıq. Lakin dəyərləndirməkdə çətinlik çəkdik".
Qol.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 9-cu turunda "Sabah"a 1:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Qapımızda bir az kuryoz qol gördük. Bundan sonra komanda olaraq bir az toparlana bilmədik. Amma ikinci hissədə yenə öz oyun dəst-xəttimizi göstərməyə çalışdıq. Ümumilikdə isə komandanın oyunundan razıyam. İnanıram ki, qarşıdakı matçlarda daha yaxşı oyun nümayiş etdirəcəyik. Sırf ikinci yerə çıxmalıyıq kimi anlayış yoxdur. Qarşıdakı matçı düşünürük. Bilirik ki, mövsüm uzundur. Çalışacağıq ki, yüksək yerlər uğrunda mübarizə aparaq və iddiamızı hər oyunda göstərək. Bu bəzən alınacaq, bəzən yox. İnanıram ki, komanda əlindən gələni edəcək ki, daha yüksək pillədə olsun” - deyə o bildirib.
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas
Messi rekordunu yeniləyə bilər
Arne Slot UEFA-da çalışacaq
"Qarabağ"da ayrılıq - Rəsmi
“Real” Kurtua ilə razılaşdı
"Çelsi"nin keçmiş sahibi vergidən yayınmaqda şübhəli bilinir
300-cü qələbə
“Milan”ın müdafiəçisi ağır zədə aldı
Gündoğan: “Barselona” Avropanın ən yaxşı komandasıdır"
“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”
200-ə çatdı
“Sabah” qalib gəlmək şansımızın ən yüksək olduğu komandadır"
16 yaşlı futbolçu "Real"ın hədəfində
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
İbrahimoviçdən hakimə sərt tənqid: “Oyunu məhv etdi”
Ramil oynadı, komandası qələbə qazandı
“Mançester Yunayted”in Naqelsmann planı
"Milan"ın xal itkisi - Video
2-ci liqada 2 oyun
Zeedorf bu klubun baş məşqçisi oldu
Renatın komandası qələbəni əldən verdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu