"Sabah"ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının 6-cı turunda “Keşlə”lə 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.
- 3-cü dəqiqədə buraxdığımız qoldan sonra oyunda dominant tərəf idik. İkinci qol başadüşüləndir. Hücumlarımızda sonluq çatmırdı. Deyiləsi bir söz yoxdur. Futbolda belə şeylərin tez-tez təkrarlanması mənə çatmır. Bir var oynamırsan və məğlub olursan, bu, anlaşılandır. Oynayıb uduzmağı başa düşə bilmirəm. Hakimliklə bağlı danışmaq istəyirəm. İlk turda “Səbail”lə matçda da hakim Rəşad Əhmədov idi. Elə bil “Sabah”la qərəzi var. 3-cü dəqiqədən rəqib qapıçı vaxt aparıb, ona bir dəfə də xəbərdarlıq etmədi. Ancaq son dəqiqələrdə sarı vərəqə verdi. Rəşad Əhmədov kimi hakimlər futbolu öldürməklə məşğuldur. “Səbail”lə matçda da eyni şeyi başımıza açdı. Bugünkü hakimlik biabırçılıq idi. Epizoda da baxdıq, təmiz penalti idi. Nə olmalıdır ki, rəqib qapısına penalti verilsin?
- Konkret “Sabah”a qarşı qərəz var, yoxsa Azərbaycan hakimliyinin səviyyəsi budur?
- Bir dəfə də bizim epizodu görsünlər. Azərbaycan hakimlərindən danışmaq istəmirəm, sadəcə, Rəşad Əhmədovun etdikləri birbaşa qərəzdir.
- Qapıya gedən zərbənizi müşahidə etmədim...
- Zərbələr var, sadəcə dəqiqlik çatışmır. 90 dəqiqə oynayırsan, amma sonluq olmur.
- Klub rəhbərliyi ilə danışığınız olub? Fasilədən sonra sizi “Sabah”ın baş məşqçisi kimi görəcəyik?
- Bu sual keçən dəfə də verilmişdi. Ətraflı danışacağıq. İstefadan çəkinmirəm və qorxmuram.
- Dominantlıq edirsiniz, amma qol vurmaq mümkün olur. Böhrandan çıxış planınız nədir?
- Hər bir oyunda yaxşı oynayırıq. Böhrandan çıxış məşqlərdə daha çox işləməkdir.
- Heyətdə radikal dəyişiklik edə bilərsinizmi?
- Görünən heyətimiz budur. Kənarda qalan bircə Zurab Oçiqava və Xuan Kamaradır. Kamara böyük ümidlərlə gətirilib. Onun yoxluğu epizodlarda özünü göstərirdi (sportal.az).
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi
Bugünkü oyunları yayımlayacaq kanallar
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
Polşalı futbolçu faciəvi şəkildə dünyasını dəyişdi
Azərbaycan millisi Avropa çempionatında rekord vurdu
İsgəndər Cavadov Elxan Səmədovla görüşdü
Azərbaycan millisinin heyəti açıqlandı
Mahir və Abdullanın durumu bəlli oldu
“Mənfi rəylər məni daha da motivasiya edir” - Toral Bayramov
"Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq
"Sabah"ın ÇL oyunları üçün 100 mindən çox bilet satılıb
Azərbaycan AVRO-2028-in pley-offuna çıxa bilər - Şərtlər
Musa Qurbanlı: "Bu oyundan dərs çıxarmalıyıq"
“Polşada xoşbəxtəm, məni yaxşı qəbul edirlər” - Mahir Emreli
"Tottenhem"də itki
Azərbaycan millisi Tacikistanı belə məğlub etdi - Video
Azərbaycan Avropa çempionatında ilk medalını qazandı
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video