Futbolçumuzun komandası heç-heçə etdi

Futbolçumuzun komandası heç-heçə etdi
XƏBƏR 26 Sentyabr 2021 / 11:29 1470
-  A +

Almaniyanın Qərb Regional Liqasında 9-cu turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Şalke” doğma meydanda “Ştralen”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
 
Rüfət də bu oyunun iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Azərbaycanlı hücumçu 90-cı dəqiqəqə sarı vərəqə ilə də cəzalanıb.
 
Qeyd edək ki, “Şalke 2” 11 xalla 20 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi