"Ardıcıl məğlubiyyətlər bizə çox pis təsir edirdi. Çətin də olsa, bu vəziyyətdən çıxmağa nail olduq".
Bunu "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov evdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının V tur matçından sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis bildirib ki, Ağdam klubu kimi rəqiblə matçda qazanılan 1 xal önəmlidir: "Oyunçular qorxmadılar, xarakter göstərdilər. Sonadək inandılar, mübarizə apardılar. Onları təbrik edirəm. "Qarabağ" topla oynamağı sevir. Ona görə də oyunadək bütün məşqlərdə yalnız müdafiənin üzərində çalışmışdıq".
Qurbanovun sözlərinə görə, qırmızı vərəqə alması baş hakimin qərarı ilə razılaşmamağı ilə bağlı idi: "Matçı kənardan izləmək çətindir. Uduzmaq istəmirdik. Bu, bizim inkişafımız üçün önəmlidir. Komandamızın meydanda yatdığını deməzdim. Sonadək oyundan qopmadılar".
Baş məşqçi bu həftə ərzində gərginliyi tamamilə aradan qaldırdıqlarını söyləyib: "Məşqlərdə ancaq deyib-gülmüşük. İstər-istəməz emosional olursan. Bu gün futbolçuların meydanda futboldan, rəqibdən həzz almasını istədim".
"Qarabağ"la matçda bərabərlik qolunu vuran Aldair Netonun ötən tur özünə yaraşmayan səhv etdiyini xatırladan Qurbanov onunla ciddi söhbət etdiyini deyib: "Biz oyunçuların inkişafını istəyirik. Onların uşaq səhvləri etməsinə qarşıyıq. Biz onları meydanda daha yaxşı görmək arzusundayıq. Çünki səhvlər komandaya mənfi təsir edir. Bəzən fikirlərimi onlara aqressiv şəkildə çatdırıram. Futbol belədir. Bu cür hallar bizim üçün böyük təcrübədir. Neto bu gün də arxaya doğru təhlükəli gediş etdi. Bəlkə də psixoloji gərginliklə bağlıdır. Qol vurması özü üçün də yaxşıdır. Daha əvvəl Boyoviçə əsəbi idim. Ona dedim ki, sən təcrübəli futbolçusan, belə məsuliyyətsizlik etməyə haqqın yoxdur".
Qurbanov qazanılan 1 xalın komandası üçün vacib olduğunu vurğulayıb: "Bu, komandaya təkan olmalıdır. Hər baş məşqçiyə zaman lazımdır. Həftəlik proqramla işimizi davam etdiririk. Bu xal bizə pozitivlik gətirəcək" (Report).
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord
ÇL-in oyunları bu kanallarda
İtaliya millisinin sabiq hücumçusu B Seriyasında
Okan Buruk "Sportinq"lə bugünkü oyun haqda
Arteta: "Hazırıq və qətiyyətliyik”
"Sabah" hücumçu aldı
Kivudan məğlubiyyət şərhi
Mourinyo: “Hesab 5:0 da ola bilərdi”
Messi İspaniyada daha bir klub aldı
Mahir Emrelinin yeni baş məşqçisi bilindi
"Sabahın Ulduzları": 10-cu tur başladı
ÇL-də gecənin nəticələri