UEFA Çempionlar Liqasının qrup mərhələsinin növbəti – 3-cü turunun oyunlarına yekun vurulub. Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə keçirilən növbəti 8 qarşılaşmayla A, B, C və D qruplarında yer alan kollektivlər də öz aralarındakı münasibətlərə aydınlıq gətiriblər.
ÇL-in son qalibi “İnter” doğma divarlar arasında “Tottenhem”ə divan tutub. Lakin ilk dəqiqələrdən azlıqda qalan rəqibinə 4 qol vuran meydan sahibləri bir oyunçu tərəfindən 3 dəfə cəzalanmasına da üzülməli olub. Digər qarşılaşmada isə “Tvente” “Verder”lə heç-heçəyə razılaşıb. “Şalke” doğma meydanda Təl-Əviv “Hapoel”ini Raulun sayəsində darmadağın etməklə özünə gəlibsə, qrupun digər qarşılaşmasında da Lion “Olimpik”i “Benfika”ya acımayıb. Azərbaycan futbolsevərlərinin daha yaxından maraqlandığı qardaş Türkiyə çempionu “Bursaspor” bu dəfə səfərdə “Mançester Yunayted”in qonağı olub. Ardıcıl məğlubiyyətləri sıralayan Ertoğrul Sağlamın komandası Mançester səfərindən də əliboş dönüb. Qrupun digər oyununda isə “Rencers”lə “Valensiya” qalibi müəyyənləşdirə bilməyib.
Gecənin yeganə qolsuz qarşılaşması Yunanıstanda “Panatinaikos”la “Rubin” arasında baş tutarkən, “Barselona” “Kopenhagen” üzərində iki cavabsız qolla qələbə qazanıb.
Xatırladaq ki, bu turun digər oyunları bir gün öncə keçirilib. Günün əsas qarşılaşması Madriddə oynanılıb və Çempionlar Liqasının ən titullu klubu “Real” doğma meydanda prinsipial rəqib hesab olunan “Milan”ı qəbul edib. Madrid klubunun hücumları şəraitində başlayan oyunda azarkeşlər iki dəqiqədə iki qola şahidlik edib. 13-cü dəqiqədə Ronaldo italyanları meydanın mərkəzinə dəvət edib. Bir dəqiqə sonra portuqaliyalının ötürməsini qola çevirən türk Mesut Özil fərqi artırıb.
Daha bir maraqlı matç Moskvada baş tutub və Rusiyanın “Spartak” klubu Roman Abramoviçin sahibi olduğu “Çelsi”ni sınağa çəkib. Lakin rusları rus futbolçu məyus edib. Belə ki, ötən il Moskva ÇSKA-sından “Çelsi”yə transfer olunan Yuri Jirkov 23-cü dəqiqədə “Spartak”ı meydanın mərkəzinə dəvət edib. 43-cü dəqiqədə isə Nikola Anelka matçın yekun nəticəsini müəyyənləşdirib.
Münhendə keçirilən “Bavariya” - ÇFR oyunu da maraqlı alınıb. Hesabı 28-ci dəqiqədə ÇFR -in oyunçusu Kadu açıb. Bu futbolçu 4 dəqiqə sonra öz qapısına qol vurub. 38-ci dəqiqədə Kristian Panin avtoqola imza ataraq, "Bavariya"nı hesabda önə keçirib. 77-ci dəqiqədə Mario Qomes fərqi 3:1-ə çatdırıb. Sona 4 dəqiqə qalmış isə rumınlar fərqi minimuma endirsə də, bundan artığına gücü çatmayıb.
“Arsenal” – “Şaxtyor” oyununda azarkeşlər qol şousuna tamaşa edib. Londonda baş tutan oyunda “Arsenal” rəqibini topa tutub. Gecənin ən böyük sensasiyası isə Romada qeydə alınıb. Şəhərin eyniadlı komandası öz evində “Bazel”ə yenilib - 1:3.
Çempionlar Liqası
Qrup mərhələsi
20 oktyabr
A qrupu
“İnter” (İtaliya) – “Tottenhem” (İngiltərə) – 4:3
Qollar: Zanetti, 2. Eto´o, 11-pen.; 35. Stankoviç, 14 – Beyl, 52; 90; 90+2.
Matçın 8-ci dəqiqəsində “Tottenhem”in futbolçusu Qomes qırmızı vərəqə alıb.
“Tvente” (Hollandiya) – “Verder” (Almaniya) – 1:1
Qollar: Yanssen, 75 – Arnautoviç, 80.
| 1 | "İnter" |
3 | 2 | 1 | 0 | 10-5 | 7 |
| 2 | "Tottenhem" |
3 | 1 | 1 | 1 | 9-7 | 4 |
| 3 | "Tvente" |
3 | 0 | 2 | 1 | 4-7 | 2 |
| 4 | "Verder" |
3 | 0 | 2 | 1 | 3-7 | 2 |
B qrupu
“Şalke” (Almaniya) – “Hapoel” (Təl-Əviv, İsrail) – 3:1
Qollar: Raul, 3; 58. Jurado, 68 – Şexter, 90.
“Olimpik” (Lion, Fransa) – “Benfika” (Portuqaliya) – 2:0
Qollar: Briand, 22. Lopes, 52.
Matçın 44-cü dəqiqəsində “Benfika”nın oyunçusu Qaytan qırmızı vərəqə alıb.
| 1 | "Olimpik" (Lion) |
3 | 3 | 0 | 0 | 5-1 | 9 |
| 2 | "Şalke" |
3 | 2 | 0 | 1 | 5-2 | 6 |
| 3 | "Benfika" |
3 | 1 | 0 | 2 | 2-4 | 3 |
| 4 | "Hapoel" |
3 | 0 | 0 | 3 | 2-7 | 0 |
C qrupu
“Reyncers” (Şotlandiya) – “Valensiya” (İspaniya) – 1:1
Qollar: Edu, 34 – Edu, 46-öz qapısına.
“Mançester Yunayted” (İngiltərə) – “Bursaspor” (Türkiyə) – 1:0
Qol: Nani, 7.
| 1 | "Mançester Yunayted" |
3 | 2 | 1 | 0 | 2-0 | 7 |
| 2 | "Reyncers" |
3 | 1 | 2 | 0 | 2-1 | 5 |
| 3 | "Valensiya" |
3 | 1 | 1 | 1 | 5-2 | 4 |
| 4 | "Bursaspor" |
3 | 0 | 0 | 3 | 0-6 | 0 |
D qrupu
“Panatinaikos” (Yunanıstan) – “Rubin” (Rusiya) – 0:0
“Barselona” (İspaniya) – “Kopenhagen” (Danimarka) – 2:0
Qol: Messi, 19; 90.
| 1 | "Barselona" |
3 | 2 | 1 | 0 | 8-2 | 7 |
| 2 | "Kopenhagen" |
3 | 2 | 0 | 1 | 3-2 | 6 |
| 3 | "Rubin" |
3 | 0 | 2 | 1 | 1-2 | 2 |
| 4 | "Panatinaikos" |
3 | 0 | 1 | 2 | 1-7 | 1 |
19 oktyabr
E qrupu
“Roma” (İtaliya) – “Bazel” (İsveçrə) - 1:3
Qollar: Boryello, 21 - Fray, 12. İnkum, 44. Kabral, 90.
“Bavariya” (Almaniya) – ÇFR (Rumıniya) – 3:2
Qollar: Kadu, 32-öz qapısına. Panin, 37-öz qapısına. Qomes, 77 - Kadu, 28. Kulio, 86.
| 1 | "Bavariya" |
3 | 3 | 0 | 0 | 7-3 | 9 |
| 2 | "Bazel" |
3 | 1 | 0 | 2 | 5-5 | 3 |
| 3 | ÇFR |
3 | 1 | 0 | 2 | 5-6 | 3 |
| 4 | "Roma" |
3 | 1 | 0 | 2 | 3-6 | 3 |
F qrupu
“Spartak” (Moskva, Rusiya) – “Çelsi” (İngiltərə) 0:2
Qollar: Jirkov, 23. Anelka, 43
“Olimpik” (Marsel, Fransa) – “Jilina” (Slovakiya) - 1:0
Qol: Diavara, 49.
| 1 | "Çelsi" |
3 | 3 | 0 | 0 | 8-1 | 9 |
| 2 | "Spartak" |
3 | 2 | 0 | 1 | 4-2 | 6 |
| 3 | "Olimpik" (Marsel) |
3 | 1 | 0 | 2 | 1-3 | 3 |
| 4 | "Jilina" |
3 | 0 | 0 | 3 | 1-8 | 0 |
G qrupu
“Ayaks” (Hollandiya) – “Oser” (Fransa) – 2:1
Qollar: De Zeuv, 7. Suares, 41 - Birsa, 57.
Matçın 56-cı dəqiqəsində “Ayaks”ın futbolçusu Ooijer, 85 və 90-cı dəqiqələrində isə “Oser”in oyunçuları, müvafiq olaraq Oliex və Miqnot qırmızı vərəqə alıb.
“Real” (İspaniya) – “Milan” (İtaliya) – 2:0
Qollar: Ronaldo, 13. Özil, 14.
| 1 | "Real" |
3 | 3 | 0 | 0 | 5-0 | 9 |
| 2 | "Milan" |
3 | 1 | 1 | 1 | 3-3 | 4 |
| 3 | "Ayaks" |
3 | 1 | 1 | 1 | 3-4 | 4 |
| 4 | "Oser" |
3 | 0 | 0 | 3 | 1-5 | 0 |
H qrupu
“Braqa” (Portuqaliya) – “Partizan” (Serbiya) – 2:0
Qollar: Lima, 35. Mateus, 90.
“Arsenal” (İngiltərə)– “Şaxtyor” (Ukrayna) – 5:1
Qollar: Sonq, 19. Nəsri, 42. Fabreqas, 60-pen. Uilşir, 66. Şamax, 69 - Eduardo, 82.
| 1 | "Arsenal" |
3 | 3 | 0 | 0 | 14-2 | 9 |
| 2 | "Şaxtyor" |
3 | 2 | 0 | 1 | 5-5 | 6 |
| 3 | "Braqa" |
3 | 1 | 0 | 2 | 2-9 | 3 |
| 4 | "Partizan" |
3 | 0 | 0 | 3 | 1-6 | 0 |
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı