"Az hallarda ot üzü görən futbolçuların tez yorulması gözlənilən idi"

"Az hallarda ot üzü görən futbolçuların tez yorulması gözlənilən idi"
ÖLKƏ FUTBOLU 22 Avqust 2021 / 23:02 1901
-  A +

“Qarabağ”ı qələbə münasibətilə təbrik edirəm. Konfrans Liqasındakı növbəti oyununda uğurlar arzulayıram".

Qol.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın 2-ci turunda "Qarabağ"la bu gün keçirilən görüşdən sonra mətbuat konfransında deyib.

O, səfərdə 0:3 hesabı ilə uduzduqları matçı belə şərh edib: "Matçla bağlı düşüncələrimiz var idi. Bəzi planlarımız alındı, bəziləri yox. “Qarabağ”ın ustalıq səviyyəsi və ani diqqətsizlikdən istifadə bacarığı özünü göstərdi. İlk yarıda buraxdığımız qollar oyunun taleyini həll etdi. Ancaq yaxaladığımız qol epizodları var idi. Bu gün daha güclü komanda qalib gəldi. Bizim üçün ağır oyun idi. Az hallarda ot üzü görən futbolçuların tez yorulması gözlənilən idi. İnanıram ki, oyunumuzu daha da yaxşılaşdırıb xallar qazanacağıq. Fasilə yaranır, çempionata daha yaxşı hazırlaşmaq üçün 3 həftə vaxtımız olacaq”.

Daha çox


Son xəbərlər
10.03.26  16:33

DÇ-2026-nı buraxacaq

10.03.26  10:40

Tarixin 70-cisi

topaz banner