Namiq Ələsgərov "Bursaspor"da tibbi müayinədən keçdi

Namiq Ələsgərov "Bursaspor"da tibbi müayinədən keçdi
ÖLKƏ FUTBOLU 14 Avqust 2021 / 09:51 3705
-  A +

"Neftçi"nin futbolçusu Namiq Ələsgərovun "Bursaspor"a keçidi reallaşmaq üzrədir.

Qol.az "bursahakimiyet.com.tr"yə istinadən xəbər verir ki, millimizin üzvü dünən səhər saatlarında Bursaya gedib və artıq tibbi müayinədən keçib. O, birinci liqa təmsilçisi ilə 3 illik müqavilə imzalamaqla bağlı razılığa gəlib. "Bursaspor"un bu transferi yaxın vaxtlarda rəsmən açıqlayacağı gözlənilir.

26 yaşlı oyunçunun sabah keçiriləcək birinci liqanın ilk turunda "Adanaspor"a qarşı matçda oynaya biləcək formada olduğu vurğulanıb.

Ancaq onun burnunda qırıq olması və hələ də tam sağalmaması "Bursaspor"u düşündürür.

Qeyd edək ki, N.Ələsgərov 2017-ci ildən "Neftçi"də oynayır.

Daha çox


Son xəbərlər
25.04.26  17:14

"Ayaks"dan gedir

25.04.26  15:39

Mbappe zədələndi

24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner