Azərbaycanlı hakim-inspektor Ermənistan millisinin oyununa təyinat aldı

Azərbaycanlı hakim-inspektor Ermənistan millisinin oyununa təyinat aldı
ÖLKƏ FUTBOLU 10 Avqust 2021 / 18:15 2596
-  A +

Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli UEFA-dan təyinat alıb.

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, qadınlardan ibarət komandalar arasında futzal üzrə Avropa çempionatının seçmə mərhələsində B qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.

Bu qrupda Niderland, Moldova, Bosniya və Herseqovina və Ermənistan milli komandaları mübarizə aparacaq. Oyunlar avqustun 16-dan 19-dək Moldovada təşkil olunacaq.

Daha çox


Son xəbərlər
25.04.26  17:14

"Ayaks"dan gedir

25.04.26  15:39

Mbappe zədələndi

24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner