Son zamanlarda Türkiyə mətbuatına ciddi tənqid olunan Arda Turan nəhayət haqqında gəzən söz-söhbətlərə “NTV Spor”a verdiyi müsahibə ilə münasibət bildirib. “Sekslə məşğul olduğu üçün zədələndi” deyənlərə və bunu qəzetlərdə yazanlara “şərəfsizlik və əxlaqsızlıq dizdəndir” deyə cavab verən Arda həmin müsahibə anında göz yaşlarını da saxlaya bilməməsi ilə diqqət çəkib: “Kim isə mənim haqqımda sekslə məşğul olduğu üçün zədələndi” deyir, başqa bir qəzet də bunu şərəfsizcəsinə sevgilimin şəklini də qoyaraq manşetinə çıxarır. Sanki bizim ölkəmizdə hamı həkim olub. Biz dinmədikcə, onlar bir az da artırırlar. 238 matçda oynamış Ardaya bu ölkədə hörmət budurmur? Artıq belə şeylərə görə hər şeyə nifrət edirəm”. Zədələndiyi üçün Almaniyada əməliyyat olunan Arda Turan hal-hazırkı vəziyyəti haqqında bunları söyləyib: “Əməliyyatdan sonra ağrılarım oldu. Amma indi yaxşı vəziyyətdəyəm. Tikişlərin yeri bir az ağrıyır”. Yığmalarının Almaniya və Azərbaycanla oyunları haqqında fikirlərini bölüşən Arda problemlərinin olduğunu etiraf edib: “İki matçda da pis oynadıq. Mən də olsaydım, çiddi bir dəyişiklik olmayacaqdı. Ancaq çox da bədbin olmamaq lazımdır. Problemlərimiz var, amma biz bu uğuru qazanacaq gücdəyik. Biz bir komandayıq. Hər kəsin yerini dolduracaq futbolçu var”. Qeyd edək ki, Ardanın sekslə məşğul olduğu üçün zədələndiyini Türkiyənin tanınmış idman şərhçisi Erman Toroğlu söyləmişdi.