Namiq Ələsgərov bu gün Bursaya gedir - Müqavilə imzalayır

Namiq Ələsgərov bu gün Bursaya gedir - Müqavilə imzalayır
ÖLKƏ FUTBOLU 9 Avqust 2021 / 09:23 6171
-  A +

"Neftçi"nin futbolçusu Namiq Ələsgərovun Türkiyə birinci liqa təsmilçisi "Bursaspor"a keçidi rəsmiləşmək üzrədir.

Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, millimizin üzvü bu gün Bursaya gedəcək və rəhbərliklə görüşəcək. Bundan sonra onun rəsmi müqavilə imzalacayağı gözlənilir.

"Bursaspor"un vitse-prezidenti Emin Adanur də 26 yaşlı yarımmüdafiəçinin keçidinin 99 faiz həll olunduğunu bildirib. O, bu transfer üçün "Neftçi"yə oyunçunun müqaviləsinin ləğvi üçün yer alan təzminat məbləğini ödəyəcəklərini vurğulayıb.

Qeyd edək ki, N.Ələsgərov 2017-ci ildən Bakı klubunda oynayır.

Daha çox


Son xəbərlər
10.03.26  16:33

DÇ-2026-nı buraxacaq

10.03.26  10:40

Tarixin 70-cisi

topaz banner