“Neftçi” bu gün Bakıda Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Yunanıstan təmsilçisi “Olimpiakos”la qarşılaşacaq.
Qol.az xəbər verir ki, bu mərhələni adlayacağı halda Azərbaycan çempionu ən azı UEFA-nın 3 yarışından sonuncusu – Konfrans Liqasının qrupuna vəsiqəni təmin edəcək. Bu komandaların Afinadakı ilk görüşündə “Neftçi” 0:1 hesabı ilə uduzub. Cütün qalibi olmaq üçün “ağ-qaralar” 2 top fərqi ilə qələbə qazanmalıdır.
Bəs, “Neftçi” mərhələ adlasa, nə olacaq?
Təmsilçimiz ÇL-in üçüncü mərhələsində "Mura" (Sloveniya) - "Lüdoqorets" (Bolqarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək. Əgər 3-cü mərhələdə də çempionumuz qalib gələrsə, bilindiyi kimi, ÇL-in pley-off mərhələsinə vəsiqə qazanacaq və ən azı Avropa Liqasının qrupuna vəsiqəni təmin edəcək. Yox, əgər 3-cü mərhələdə məğlubiyyət olarsa, mübarizə Avropa Liqasının pley-offunda davam etdiriləcək. Yeni qaydalara əsasən, Avropa Liqasının pley-off mərhələsinin iştirakçısı 2021/22 mövsümündən keçirilməyə başlayan UEFA Konfrans Liqası adlı yeni turnirin 4 komandalı qrupuna vəsiqə əldə edir. Yəni, "Neftçi" bu gün uğur əldə etsə, növbəti oyunların nəticəsindən asılı olmayaraq, ən azı Konfrans Liqasının qrupunda çıxış etmək hüququ qazanır.
“Neftçi” bu gün mərhələ adlamasa, nə olacaq?
Komandamız mübarizəni Avropa Liqasının 3-cü təsnifat mərhələsində davam etdirəcək. Bu mərhələdə rəqib artıq bəllidir. Bu, ÇL-in ikinci mərhələsində İsveç “Mölde”sinə uduzmuş HİK (Finlandiya) komandasıdır. “Neftçi” burada mərhələni keçsə, Avroliqanın pley-offuna vəsiqə qazanacaq. Bundan sonra proses yuxarıda qeyd edilən ssenari ilə davam edəcək. Yox, əgər çempionumuz HİK səddini adlamasa, bu halda da avrokuboklarda mübarizəni onun üçün bitmiş sayılmır. Bakı təmsilçisi Konfrans Liqasının pley-offuna düşəcək və orada qalib gələcəyi halda, həmin yarışın qrupuna vəsiqə sahibi olacaq.
Xatırladaq ki, hazırda Azərbaycanın üç klubu – “Keşlə”, “Qarabağ” və “Sumqayıt” Konfrans Liqasında yarışır. Komandalarımız turnirə ikinci mərhələdən qoşulub.
Milli çempionatların oyunları xaricdə keçirilə bilər
Məhsuldar ötürmələri ilə rekorda imza atdı
"Qarabağ" derbidə belə qalib gəldi - Video
Daha 2 güləşçimiz Avropa çempionu oldu
İngiltərə Kubokunun finalçıları bəlli oldu
Azərbaycan derbisində qalib yenə “Qarabağ” oldu
"Qalatasaray" - "Fənərbaxça" matçının heyətləri açıqlandı
Azərbaycan boksçusu Dünya kubokunda qızıl medal qazandı
Rəqibin saçını dartan futbolçu cəzalandırılmadı - Şəkil
"Şamaxı"nın qələbəsindən - Video
6 qol, 1 qırmızı vərəqə
"Pley-off haqda düşünmək istəmirəm" - Azər Bağırov
"Bəzən futbolumuzu şouya çevirmək istəyirik" - Ayxan Abbasov
"Real" La Liqanı məhkəməyə verdi
“Qarabağ”lı futbolçunun atası vəfat edib
Səfər qollarına görə rekorda imza atdılar
"Neftçi" - "Qarabağ": Heyətlər
"İnter" aşağı liqaya düşə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
Yamal bu göstəricidə Ronaldonu geridə qoydu
“Hələ də inana bilmirəm ki, çempion olmuşam"
"Şamaxı" - "Kəpəz": Heyətlər açıqlandı
Fransada elitaya yüksələn ilk komanda
Qazyumov ilin ən yaxşı məşqçisi seçildi
Səfər oyununa hələ belə gedən olmamışdı - Video
Üç boksçumuz finala yüksəldi, biri "bürünc" qazandı
Nərimanın komandası qalib gəldi, özü ehtiyatda qaldı
İtaliyada hakimlərin rəhbəri istefa verdi
Vüsal oynadı, komandası səfərdə uduzdu
Finalda rəqibinə kəllə ilə elə zərbə vurdu ki… - Video
Asiya Çempionlar Liqasının qalibi bilindi
“Arsenal” və “Tottenhem”dən qələbə
Azərbaycan güləşçisi Avropa çempionu oldu
“Qəbələ” - “Araz-Naxçıvan” matçından - Video
Məğlubiyyətdən sonra baş məqşçi mətbuat konfransına gəlmədi
"Real"ın hədəfinə düşdü
"Tottenhem" ilin ilk qələbəsini qazandı
"Bunu deyə bilmərəm, müqaviləm mövsümün sonunda başa çatır"
"Neftçi"nin baş məşqçisi və hücumçusu derbini buraxacaq
Ramalinqomun dublu, "Sumqayıt"ın qələbəsi - Video
"Barselona" liderliyini möhkəmləndirdi
"Bavariya" 7 qollu matçdan üstün ayrıldı