"Böyük məyusluqla qeyd etməliyəm ki, "Əl-Əyn" klubu mənə göndərdiyi məktubla transferdən imtina etdiyini bildirib. İyunun əvvəlində "Əl-Əyn"lə iyulun 1-dən qüvvəyə minəcək razılaşma imzalamışdıq. Razılaşmaya əsasən, Əbu-Dabiyə gedib tibbi yoxlanışdan keçməli idim. Amma müqavilənin başlama vaxtının yaxınlaşmasına baxmayaraq, klub tərəfindən heç bir əlaqə saxlanılmırdı. Təmsilçilərimin müraciətləri zamanı isə "Əl-Əyn" mənim viza və tibbi baxış ilə əlaqəli məsələlərimi həll etməyi hər dəfə müxtəlif daxili problemlərə əsaslanaraq uzadırdı".
Qol.az xəbər verir ki, bu sözləri "Sabah"dan ayrılan millimizin üzvü Bəhlul Mustafazadə Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əyn" klubuna keçidinin alınmaması barədə "İnstaqram"dakı şəxsi hesabında yazıb.
Onun sözlərinə görə, yaranmış vəziyyətin səbəbini anlaya bilməyib: "Əgər klub fikrini dəyişibsə, bunu mənə açıqca bildirməli, qəribə bəhanələrlə vaxtı uzatmamalı idi. Yaranmış vəziyyətin nəticəsində mən mövsümöncəsi hazırlıq dövrünü keçə bilmədim, üstəlik, qısa zaman ərzində yeni komanda tapmaq məcburiyyətində idim. "Əl-Əyn"in məsuliyyətsiz davranışları ilə əlaqədar hüquqi şəxslərlə məsləhətləşdim və qanunlara əsasən aydın oldu ki, imzalanmış ilkin müqavilə hüquqi qüvvəyə malikdir. "Əl-Əyn" tibbi yoxlanışdan keçməməyi əsas gətirib, bu müqaviləni ləğv edə bilməz. Çünki yoxlanışı təşkil etmək klubun öhdəliyində idi və bizim çoxsaylı müraciətlərimizə baxmayaraq, bunu həyata keçirmədilər. Ümid edirəm ki, həyatımda ilk və son dəfə belə bir vəziyyətlə qarşılaşdım".
Mustafazadə yazıb ki, "Əl-Əyn"in hərəkətləri FİFA reqlamentinə ziddir: "Ədaləti bərpa etmək üçün sona qədər haqqımı müdafiə edəcəyəm. Ən qısa zamanda FİFA-ya şikayət edərək, karyerama vurulan zərərə görə ən sərt cəzaların verilməsini tələb edəcəyəm. Yaranmış vəziyyətə aydınlıq gətirməyi özümə borc bildim və bir daha bu xoşagəlməz mövzuya qayıdılmasını istəməzdim".
Milli çempionatların oyunları xaricdə keçirilə bilər
Məhsuldar ötürmələri ilə rekorda imza atdı
"Qarabağ" derbidə belə qalib gəldi - Video
Daha 2 güləşçimiz Avropa çempionu oldu
İngiltərə Kubokunun finalçıları bəlli oldu
Azərbaycan derbisində qalib yenə “Qarabağ” oldu
"Qalatasaray" - "Fənərbaxça" matçının heyətləri açıqlandı
Azərbaycan boksçusu Dünya kubokunda qızıl medal qazandı
Rəqibin saçını dartan futbolçu cəzalandırılmadı - Şəkil
"Şamaxı"nın qələbəsindən - Video
6 qol, 1 qırmızı vərəqə
"Pley-off haqda düşünmək istəmirəm" - Azər Bağırov
"Bəzən futbolumuzu şouya çevirmək istəyirik" - Ayxan Abbasov
"Real" La Liqanı məhkəməyə verdi
“Qarabağ”lı futbolçunun atası vəfat edib
Səfər qollarına görə rekorda imza atdılar
"Neftçi" - "Qarabağ": Heyətlər
"İnter" aşağı liqaya düşə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
Yamal bu göstəricidə Ronaldonu geridə qoydu
“Hələ də inana bilmirəm ki, çempion olmuşam"
"Şamaxı" - "Kəpəz": Heyətlər açıqlandı
Fransada elitaya yüksələn ilk komanda
Qazyumov ilin ən yaxşı məşqçisi seçildi
Səfər oyununa hələ belə gedən olmamışdı - Video
Üç boksçumuz finala yüksəldi, biri "bürünc" qazandı
Nərimanın komandası qalib gəldi, özü ehtiyatda qaldı
İtaliyada hakimlərin rəhbəri istefa verdi
Vüsal oynadı, komandası səfərdə uduzdu
Finalda rəqibinə kəllə ilə elə zərbə vurdu ki… - Video
Asiya Çempionlar Liqasının qalibi bilindi
“Arsenal” və “Tottenhem”dən qələbə
Azərbaycan güləşçisi Avropa çempionu oldu
“Qəbələ” - “Araz-Naxçıvan” matçından - Video
Məğlubiyyətdən sonra baş məqşçi mətbuat konfransına gəlmədi
"Real"ın hədəfinə düşdü
"Tottenhem" ilin ilk qələbəsini qazandı
"Bunu deyə bilmərəm, müqaviləm mövsümün sonunda başa çatır"
"Neftçi"nin baş məşqçisi və hücumçusu derbini buraxacaq
Ramalinqomun dublu, "Sumqayıt"ın qələbəsi - Video
"Barselona" liderliyini möhkəmləndirdi
"Bavariya" 7 qollu matçdan üstün ayrıldı