"Legiya"lı futbolçulardan Mahirə təskinlik - Video

"Legiya"lı futbolçulardan Mahirə təskinlik -  Video
VİDEO 18 İyul 2021 / 11:36 5962
-  A +

Polşa Superkubokunda "Rakuv"la görüşdə penaltini dəqiq yerinə yetirə bilməyən Mahir Emreli göz yaşlarını saxlaya bilməyib.

Qol.az xəbər verir ki, penaltilər seriyası başa çatandan sonra komanda yoldaşları məyus halda yerdə oturan Emreliyə yaxınlşaraq ona təskinlik verərək dəstək olublar.

Xatırladaq kl, matçın 58-ci dəqiqəsində meydana daxil olan millimizin üzvü məğlub olmaq üzrə olan komandasının vacib qolunu vurub. O, 90+3-cü dəqiqədə hesabı bərabərləşdirib. Buna görə də oyun penaltilərə qədər uzanıb. Burada daha dəqiq olan "Rakuv" (4:3) Superkubokun qalibi olub. "Legiya"dan penaltini dəqiqə yerinə yetirə bilməyənlərdən biri Mahir Emreli olub. Onun zərbəsi qapı dirəyinə dəyib.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı