Avropa çempionatının finallarının ən tez qolu - Video

Avropa çempionatının finallarının ən tez qolu - Video
VİDEO 12 İyul 2021 / 00:07 2235
-  A +

İngiltərə millisinin futbolçusu Lyuk Şou Avropa çempionatının finallarının ən erkən qolunu vurub.

Qol.az xəbər verir ki, o, hazırda davam edən Avro-2020-nin finalında İtaliya ilə matçın 117-ci saniyəsində fərqlənib. Bu, Avropa çempionatı finalları tarixindəki ən sürətli qoldur.

Şou İspaniya millisinin sabiq oyunçusu Xesus Peredanın rekordunu qırıb. Pereda Avro-1964-ün finalında SSRİ-yə qarşı görüşün başlamasından 5 dəqiqə 17 saniyə sonra qol vurmuşdu.



Son xəbərlər