“İlk görüş göstərdi ki, "Dinamo” (Tblisi) ilə eyni səviyyədə oyun keçdi. Hər iki komandanın qalib gəlmək şansı var idi”.
Bu sözləri Qol.az-a açıqlamasında "Neftçi"nin sabiq baş məşqçisi Elxan Abdullayev deyib. O, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Dinamo” – “Neftçi” matçı haqda danışarkən bu cütün qalibinin Azərbaycan çempionu olacağına inandığını söyləyib: “Fikrimcə, “Neftçi” ikinci oyunda da qalib gələcək. Amma oyuna ciddi yanaşmaq lazımdır. İlk matçda rəqib zəif olmadığını göstərdi”.
E. Abdullayev deyib ki, indi ilk növbədə "Dinamo”nu keçdikdən sonra 2-ci mərhələdəki rəqib "Olimpiakos" (Yunanıstan) haqda düşünmək lazımdır: “İlk oyunda rəqibin üstünlüyü vardı və birinci hissədə çoxlu təhlükəli vəziyyət yaratdılar. Amma demək olmaz ki, "Neftçi" zəif təsir bağışladı. İndiki vəziyyətə görə heç də pis oynamadıq. Lakin müdafiədə səhvlər çox idi".
O, Çempionlar Liqasında üç azərbaycanlı futbolçunun qol vurmasından da danışıb: “Bu, sevindirici məqamdır. Mahir Emreli "Legiya"nın heyətində 2 qol vurdu. O hücumçudur, əsas işi qol vurmaqdır. Hələ ki, işinin öhdəsindən layiqincə gəlir. 4 oyuna 6 qol vurubsa, deməli, öz üzərində çalışır. Ona uğurlar arzu edirəm. Davamı gəlsin. O ki qaldı yerli klublarımızdakı futbolçularımıza, Namik Ələskərov bir daha sübut etdi ki, əsl bombardirdir. O tək Azərbaycanda yox, Avropa turnirlərində də qol vura bilir. Hər kəsə uğurlar arzu edirəm. İstəyirəm daha çox qol vursunlar. Düzü, Emin Mahmudovun vurduğu ilk penalti məni əsəbiləşdirdi. Elə bir məqamda penalti zərbəsini dəqiq yerinə yetirmək lazım idi. Yaxşı ki, həmin vaxt qapıçı qaydanı pozduğuna görə o, zərbəni təkrar vurmalı oldu. Amma yaxşı olardı ki, birincidən qol vurardı”.
Ağa
Qol.az
"Hücum xəttini dəyişmək çətindir, ciddi rəqabət var"
Dilanovun dublu, "Ağdaş"ın 5 qollu qələbəsi - Video
"Qırmızı vərəqə planlarımızı pozdu" - Fizuli Məmmədov
Tovuzda vurulan 2 qol - Video
Matçın əlavə vaxtında 3 qol vurdular
"Sabah"dan qələbə, "Turan Tovuz" - "Zirə" matçında heç-heçə
"Gənc oyunçu şansı özü qazanmalıdır" - Kurban Berdiyev
"Barselona" Reşfordla razılaşıb
"Fənərbaxça"nın qapıçısı VAR ekranına zərbə endirdi - Video
Modriç mövsümü başa vurdu
"Sabah" - "Karvan-Yevlax": Heyətlər
"Araz Saatlı" "Göygöl"ə, "Ağdaş" "Şəki Siti"yə qalib gəldi
“Neftçi” - “Qarabağ” matçının biletləri satışa çıxarıldı
Rəqibə yumruq atdı, meydandan qovuldu - Video
Azərbaycan millisi Qazaxıstan yığmasına qalib gəldi
Kurtua "El-Klassiko"da oynayacaq?
Tovuzda heyətlər açıqlandı
AFFA hakimlər üçün sessiya təşkil etdi
Mbappenin durumu açıqlandı
Sonuncu dəfə “Qarabağ”a 5 il əvvəl qalib gəliblər
AFFA-nın stadionu yenilənir - Şəkillər
Jinyak 11 ildən sonra klubunu tərk etdi
O da DÇ-2026-nı buraxacaq
1-ci liqada həftənin hakimləri məlum oldu
FİFA DÇ-2026-nın mükafat fondunu artıracaq
Zubir bu yay "Qarabağ"dan ayrılacaqmı?
AFFA Lənkəranda festival təşkil edib
"Şaxtyor" çempionluğa yaxınlaşır
Azərbaycan millisi Avropa Kubokunda 1-ci oldu
"Barselona" onlarla yolları ayırır
Cəlal oynadı, komandası uduzdu
Məşhur futbolçu sərxoş olub barda yatıb qaldı
Salahın ‘Liverpul’ karyerası belə bitdi
Azarkeşlər “Fənərbaxça”nın avtobusunu daşa basdılar - Video
Musa Qurbanlı: “Hörmətin qarşılığı hörmət olmalıdır” - Video
Azərbaycan boksçularından tarixi nəticə
“İnter”dən xal itkisi, “Milan” “Yuventus”la heç-heçə etdi
Güləş millimiz 6-cı dəfə Avropa çempionu oldu
Milli çempionatların oyunları xaricdə keçirilə bilər
Məhsuldar ötürmələri ilə rekorda imza atdı
"Qarabağ" derbidə belə qalib gəldi - Video
Daha 2 güləşçimiz Avropa çempionu oldu