UEFA Çempionlar Liqasının 2-ci turunun oyunlarına yekun vurulub. Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə 4 qrupda – A, B, C və D - yer alan kollektivlər öz aralarındakı münasibətlərə aydınlıq gətiriblər.
İkinci oyun gününə Kazanda baş tutan “Rubin” – “Barselona” matçıyla start verilib. Cüneyt Çakırın rəhbərliyi altında türkiyəli hakimlər briqadasının idarə etdiyi qarşılaşmada hesabı Gökdəniz Karadənizin də forma geydiyi meydan sahibləri açıb. Məhz türkiyəli referinin həmyerlisinin komandasının lehinə verdiyi cərimə zərbəsini Noboa dəqiq yerinə yetirib. Lakin fasilədən sonra yenə Çakırın təyin etdiyi penaltini David Vilya dəqiq yerinə yetirməklə, rusların qələbə sevincini gözündə qoyub. D qrupunun digər matçında isə “Kopenhagen” səfərdə “Panatinaikos”u məğlub edib vahid lider olub.
A qrupunda ÇL-in son qalibi “İnter” cari mövsümdə ilk qələbəsini “Verder”lə doğma divarlar arasındakı matçda əldə edib. Eto`O-nun het-trik etdiyi qarşılaşmada meydan sahibləri almanları darmadağın edib. Bu qrupdakı digər oyun da kifayət qədər məhsuldar və bir o qədər dramatik alınıb. Çünki ilk yarıda penaltidən yararlana bilməyən Rafael Van der Vaart fasilədən dərhal sonra hesabı açsa da, 61-ci dəqiqədə meydandan qovulub. Lakin buna qədər rusiyalı oyunçu Pavlyuçenko rəqib qapısına təyin olunan daha bir penaltini dəqiq yerinə yetirib. Bundan bir qədər sonra qonaqlar fərqi azaltsa da, Vaartın meydandan qovulmasından sonra hakim Vaqif Cavadovun komandasının qapısına daha bir penalti təyin edib və rusiyalı forvard bu fürsəti də qaçırmayıb. Oyunda son nöqtəni isə Qaret Beyl qoyub.
B qrupunda Lion “Olimpik”i səfərdə “Hapoel”ə qalib gəlib. Yeni mövsümə məğlubiyyətlə başlayan “Şalke” isə “Benfika” üzərində minimal hesablı qələbəyə sevinib.
Nəhayət azərbaycanlı futbolsevərlərin də böyük maraqla izlədiyi “Bursaspor”un “Reyncers”lə səfər oyununda yenə arzuolunmaz hesab qeydə alındı. Erkən qol vuran meydan sahibləri Türkiyə təmsilçisinin ən azı 1 xala layiq olduğu qarşılaşmada qələbə hesabını qoruya biliblər. Bu qrupun digər oyununda isə “Mançester Yunayted” “Valensiya” üzərində səfər qələbəsinə sevinib.
Qeyd edək ki, ikinci turun digər qruplarında oyunlar bir gün öncə keçirilmişdi.
Çempionlar Liqası, qrup mərhələsi
2-ci tur
29 sentyabr
A qrupu
“İnter” (İtaliya) – “Verder” (Almaniya) – 4:0
Qollar: Eto´o, 22; 27; 81. Sneyder, 34.
“Tottenhem” (İngiltərə) – “Tvente” (Hollandiya) – 4:1
Qollar: Van der Vaart, 47. Pavlyuçenko, 50-pen.; 64-pen. Beyl, 85 – Çedli, 56.
Matçın 41-ci dəqiqəsində “Tottenhem”in üzvü Van der Vaart penaltidən yararlana bilməyib.
Matçın 61-ci dəqiqəsində “Tottenhem”in üzvü Van der Vaart qırmızı vərəqə alıb.
| 1 | "İnter" |
2 | 1 | 1 | 0 | 6-2 | 4 |
| 2 | "Tottenhem" |
2 | 1 | 1 | 0 | 6-3 | 4 |
| 3 | "Tvente" |
2 | 0 | 1 | 1 | 3-6 | 1 |
| 4 | "Verder" |
2 | 0 | 1 | 1 | 2-6 | 1 |
B qrupu
“Hapoel” (Təl-Əviv, İsrail) – “Olimpik” (Lion, Fransa) – 1:3
Qollar: Enyeama, 79-pen. - Bastos, 8-pen.; 36. Pyaniç, 90.
“Şalke” (Almaniya) – “Benfika” (Portuqaliya) – 2:0
Qol: Farfan, 73. Huntelaar, 85.
| 1 | "Olimpik" L |
2 | 2 | 0 | 0 | 3-1 | 6 |
| 2 | "Şalke" |
2 | 1 | 0 | 1 | 2-1 | 3 |
| 3 | "Benfika" |
2 | 1 | 0 | 1 | 2-2 | 3 |
| 4 | "Hapoel" |
2 | 0 | 0 | 2 | 1-4 | 0 |
C qrupu
“Reyncers” (Şotlandiya) – “Bursaspor” (Türkiyə) – 1:0
Qol: Naysmit, 18.
“Valensiya” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) – 0:1
Qol: Ernandes, 85.
| 1 | MY |
2 | 1 | 1 | 0 | 1-0 | 4 |
| 2 | "Reyncers" |
2 | 1 | 1 | 0 | 1-0 | 4 |
| 3 | "Valensiya" |
2 | 1 | 0 | 1 | 4-1 | 3 |
| 4 | "Bursaspor" |
2 | 0 | 0 | 2 | 0-5 | 0 |
D qrupu
“Rubin” (Rusiya) – “Barselona” (İspaniya) – 1:1
Qollar: Noboa, 30-pen. – Vilya, 60-pen.
“Panatinaikos” (Yunanıstan) – “Kopenhagen” (Danimarka) – 0:2
Qollar: N´Doye, 28. Vinqaard, 37.
Matçın 49-cu dəqiqəsində “Panatinaikos”un üzvü Silva qırmızı vərəqə alıb.
| 1 | "Kopenhagen" |
2 | 2 | 0 | 0 | 3-0 | 6 |
| 2 | "Barselona" |
2 | 1 | 1 | 0 | 6-2 | 4 |
| 3 | "Rubin" |
2 | 0 | 1 | 1 | 1-2 | 1 |
| 4 | "Panatinaikos" |
2 | 0 | 0 | 2 | 1-7 | 0 |
28 sentyabr
E qrupu
“Roma” (İtaliya) - ÇFR (Rumıniya) – 2:1
Qollar: Mekses, 69. Boryello, 71 – Rada, 78.
“Bazel” (İsveçrə) – “Bavariya” (Almaniya) – 1:2
Qol: Frey, 18 – Şvaynştayger, 56-pen.; 89.
| 1 | "Bavariya" |
2 | 2 | 0 | 0 | 4-1 | 6 |
| 2 | "Roma" |
2 | 1 | 0 | 1 | 2-3 | 3 |
| 3 | ÇFR |
2 | 1 | 0 | 1 | 3-3 | 3 |
| 4 | "Bazel" |
2 | 0 | 0 | 2 | 2-4 | 0 |
F qrupu
“Spartak” (Moskva, Rusiya) – “Jilina” (Slovakiya) – 3:0
Qollar: Ari, 34; 61. İbson, 89.
“Çelsi” (İngiltərə) – “Olimpik” (Marsel, Fransa) – 2:0
Qollar: Terri, 7. Anelka, 28-pen.
| 1 | "Çelsi" |
2 | 2 | 0 | 0 | 6-1 | 6 |
| 2 | "Spartak" |
2 | 2 | 0 | 0 | 4-0 | 6 |
| 3 | "Olimpik" M |
2 | 0 | 0 | 2 | 0-3 | 0 |
| 4 | "Jilina" |
2 | 0 | 0 | 2 | 1-7 | 0 |
G qrupu
“Ayaks” (Hollandiya) – “Milan” (İtaliya) – 1:1
Qollar: Hamdaoui, 23 – İbrahimoviç, 37.
“Oser” (Fransa) – “Real” (İspaniya) – 0:1
Qol: Di Mariya, 81.
| 1 | "Real" |
2 | 2 | 0 | 0 | 3-0 | 6 |
| 2 | "Milan" |
2 | 1 | 1 | 0 | 3-1 | 4 |
| 3 | "Ayaks" |
2 | 0 | 1 | 1 | 1-3 | 1 |
| 4 | "Oser" |
2 | 0 | 0 | 2 | 0-3 | 0 |
H qrupu
“Braqa” (Portuqaliya) – “Şaxtyor” (Ukrayna) – 0:3
Qol: Adriano, 56; 72. Kosta, 90-pen.
“Partizan” (Serbiya) – “Arsenal” (İngiltərə) – 1:3
Qollar: Kleo, 33-pen. – Arşavin, 15. Şamax, 71. Skilaççi, 82.
Matçın 57-ci dəqiqəsində “Arsenal”ın üzvü Arşavin, 84-cü dəqiqədə isə “Partizan”ın oyunçusu Kleo penaltidən yararlana bilməyib.
Matçın 57-ci dəqiqəsində meydan sahiblərinin üzvü Yovanoviç qırmızı vərəqə alıb.
1
"Arsenal"2
2
0
0
9-1
6
2
"Şaxtyor"2
1
0
0
4-0
6
3
"Partizan"2
0
0
2
1-4
0
4
"Braqa"2
0
0
2
0-9
0
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər