DÇ-2022-nin seçmə mərhələsində bu gecə millimiz Turində Portuqaliyanın qonağı olacaq.
Bu görüşlə bağlı Azərbaycan milli komandasının sabiq müdafiəçisi Aftandil Hacıyev Qol.az-a açıqlama verib. “Səbail”in baş məşqçisi ilk oyunların həyacanlı olduğunu bildirib: "Bu gün hər iki komanda üçün çətinlik qaçılmaz olacaq. Portuqaliya ilə görüşdə milli komandaya inamımız böyükdür. Düzdür, əsasən yerli çempionatımızın futbolçularıdır, gənclərdən ibarət yığılmış heyətimiz var. Bununla belə, ən azı yaxşı oyun sərgiləyəcəklərinə inanırıq".
Aftandil Hacıyev Portuqaliyadan xal almağın mümkünsüz olmadığını da qeyd edib: "Niyə də yox? Buna qədər artıq Portuqaliya ilə 1999-cu ildə 2 gün davam edən görüşü 1:1 hesablı heç-heçə ilə başa vurmuşuq. Düşünmürəm rəqibin o vaxtkı heyəti indikindən zəif idi. Sadecə, futbolçularımız inamla oynamalıdırlar. Hətta deyərdim bu gün görüşün azərkeşsiz keçirilməsi belə bizim xeyrimizədir. Üstəlik neytral meydan amili də var. Dəfələrlə şahidi olmuşuq ki, belə görüşlər qonaq komandanın üstünlüyü şəraitində keçir. Bu gün bəzi amillər millimizin oyundan xalla ayrılmağına səbəb ola bilər”.
Xatırladaq ki, bu gecə Turin şəhərindəki “Yuventus” stadionunda keçiriləcək Portuqaliya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları