"Yuventus"un hücumçusu Kriştiano Ronaldonun gələn mövsüm hansı klubda oynayacağı hələ məlum deyil .
Qol.az "CBS Sports"a istinadən xəbər verir ki, Turin təmsilçisi 36 yaşlı futbolçunun gələcəyi ilə bağlı heç bir qərar verməyib. Bildirilib ki, potensial seçimlər yaxın aylarda qiymətləndiriləcək. Çox güman ki, portuqaliyalı oyunçunun gələcəyi ilə bağlı qərar mövsümün sonunda veriləcək. Çünki hazırda həm "Yuventus", həm də Ronaldonun özü diqqətini A seriyasına və İtaliya kubokuna yönəltmək istəyir.
Jurnalist Fabrizio Romano yazıb ki, bu məsələ forvardın maraqlarını təmsil edən agent Jorje Mendeş və "Yuventus" təmsilçiləri arasında müzakirə ediləcək .
Bundan əvvəl Ronaldonun bu yay "Real"a qayıda biləcəyi barədə xəbərlər yayılıb. Onun hazırkı klubu ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.
Qeyd edək ki, futbolçu bu mövsüm A seriyasında 23 oyunda 23 qol vurub.
"Səbail"ə qayıtdı
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"
DÇ-2026-nın bu matçı ləngiyə bilər
Komandası Messini belə təbrik etdi - Şəkil
Kabo-Verdenin ulduz futbolçusu klubunu dəyişir?
Keyndən gözlənilməz antirekord
Modriç yeni rekordun bir addımlığında