"Neftçi" PFK-nın yarımmüdafiəçisi Araz Abdullayevi transfer etmək istəyən İngiltərənin "Everton" klubunun nümayəndəsi bu gün Bakıya gəlib. Qol.Az-ın paytaxt klubunun rəsmi saytına istinadən məlumatına görə, "Everton" rəsmisi "Neftçi" rəhbərliyi ilə görüş keçirərək, müqavilənin detallarını müzakirə edib. Görüşdən sonra "Everton"da transfer məsələləri ilə məşğul olan FİFA meneceri Anaqno Dasos "Neftçi" PFK-nın rəsmi saytına açıqlama verib: "Mən iki klub arasındakı danışıqlarda "Everton"u təmsil edirəm. İlk dəfə Araz Abdullayevi 2 il öncə Türkiyədə təlim-məşq toplanışı keçən Azərbaycanın aşağı yaş qruplarından ibarət yığmasının heyətində görmüşəm. O, qeyri-adi, istedadlı futbolçudur. Sol ayağı ilə çox yaxşı oynayır. Ona inamım böyük olduğu üçün bura təşrif buyurmuşam. Düşünürəm ki, Araz Avropada çıxış etmək bacarığına malikdir. Ümid edirəm ki, bu məsələ tezliklə həllini tapacaq və Abdullayev artıq gələn ilin yanvarında "Everton"un düşərgəsinə qoşulacaq".
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi