«Bizə qarşı hər bir komanda var gücüylə oynayır ki, bunu da normal qarşılayıram. Çünki «Bakı» çox güclü komandadır və hamı bizə qarşı oyunda özünü göstəmək istəyir. Ötən tur «Gəncə» ilə oyun da ağır alındı. Bu səbəbdən qələbə qazana bilmədik». Sabah Unibank Premyer Liqasının altıncı turunda Zaqatalada «Simurq»un qonağı olacaq «Bakı»nın baş məşqçisi Vinfred Şefer belə deyib. Qol.Az-ın müxbiri ilə söhbətində həmin «Gəncə» matçda çoxlu səhvlər etdiklərini deyən Şefer buna baxmayaraq, komandasının son 30 dəqiqədəki oyunundan razı qaldığını vurğulayıb: «Çünki iki oyunçumuz qırmızı vərəqə almışdı, eyni zamanda Juninyonun barmağı sındığından və bütün əvəzləmələri etdiyimdən demək olar ki, son 30 dəqiqəni 8 nəfərlə keçirdik. Buna baxmayaraq, komanda sona qədər mübarizə apardı. Sabah «Simurq»la oyunumuz da asan keçməyəcək. Rəqibin oyununu izləmişəm. Gənc oyunçulardan qurulub. Amma istəyirəm ki, sabahkı görüşdə qələbə qazanaraq uğursuzluğa son qoyaq».
Şefer bildirib ki, «Simurq»la matçda meydanda üç-beş futbolçu deyil, bütün komanda canını qoymalıdır: «Biz yalnız bu halda qələbə qazana bilərik. Oyunçular artıq başa düşməlidirlər ki, futbolda oyunu adlar yox, komanda udur. Bizim heyətimizdə ulduz futbolçular ola bilər, amma meydanda mübarizə aparmasan, heç kim sənə qələbə pay verməycək. Ümid edirəm ki, sabahkı oyunda qələbə qazanaraq biz yeni uğurlarımıza start verəcəyik. Bununla həm də klubumuzun prezidetini də sevindirməliyik. Onun komanda üçün etdiklərinin qarşısında mənəvi borcumuz çoxdur».
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi