Yəqin "Qarabağ"ın "İmarət" fanKlubunun adım ölkə futboluyla maraqlananlar eşidib. Düşmən tapdağı altında olan Ağdamın işğalından öncə bölgə təmsilçisi ev oyunlannı məhz "İmarət" adlanan stadionda keçirirdi. Düzdü, Qurban Qurbanovun komandasının mübarizə apardığı maçlarda sözügedən azarkeş qrupunun böyük kütlə şəklində başqalarına, örnək götürəcəyi səpkidə güclü dəstəyini görməmişik. Amma istənilən halda, rəsmi saytı da fəaliyyət göstərən birliyin varlığını sezmişik. Artıq "İmarət" fanklubu "İkinci nəfəs" xaraxterli dirçəliş nümayiş etdirmək fİKrindədi. Çay süfrəsi arxasında əyləşib söhbətləşdiyimiz 8 faal tərəfdarla görüşümüzün məqsədi də yeniliklərin nədən ibarət olacağını incələmək idi. Şükür Cavad, Elnur Quliyev, Rövşən Abbasov, Səbuhi Abbasov, Elşən Ağayev, Qabil Hüseynov, Əlirza Qəmbərov yə Fixrət Hacıyevlə bu haqda danışdıq. Olduqca mədəni və inteillektli təsir bəğışlayan azarkeştərlə bizləri maraqlandıran suallara aydınlıq gətirdik. Əsasən Rövşəni dinlədik. Belə ki, o danışarkən başqa "silahdaşları"nın düşüncələrini də nəzərləriylə oxumağa çalışırdı. Elnur da lazım oları anlarda fikir bildirməkdən çəkinmirdi. Yazını isə məhz Rövşənin müsahibəsi kimi diqqətinizə çatdırırıq.
- "İmarət" nədi?
- "İmarət" adı "Qarabağ" azarkeşi üçün çox şey deməkdi. Qarabağ xanlarının nəslindən olan çoxlarının, eləcə də Xurşidbanu Natəvanın qəbri ordadı. Stadion da həmin ərazidə yerləşdiyindən, arena bu adla tanınır. Devizimiz "İmarət"lə İmarətədi". Bu vaxta qədər bir qədər dağınıq fəaliyyət göstərirdik. Əslində fanklub var idi. Hazırkı fəaliyyətimizi "ikinci nəfəs" kimi qəbul etmək olar. Cari mövsüm avrokuboklar başlayandan "Qarabağ" azarkeşləri kimi bir araya gəlib nəsə etməyə qərar verdik. Komandanı yalnız mədəni çərçivəni aşmadan dəstəkləmək niyyətindəyik, pərakəndə şəkildə yox. Toplu, bitkin fanklub qismində. "Qarabağ"ın yanında olmaq, sevimli komandamızı uğurlara səsləmək borcumuzdu. Kollektivin yaxşı və pis günlərində dəstəyimizi əsirgəməyəcəyik. Həmişə uğurlara şahidlik etmək xoşdu. Bununla belə, böyükhesablı yenilgilər də bizi yolumuzdan döndərə bilməz. "İnter"ə qarşı son çempionat oyummda minimal hesabla məğlub olsaq da, futbolçulanmızı alqışlar altında yola saldıq. Avtobusun yanında dayanıb hər birini ruhlandırmaq üçün ayn-ayrılıqda alqışladıq.
- Artıq "İnter”lə matçda dəstəyinizi gördük. Deyəsən, ınaraqlı bir şüar da fikirləşmişdiz...
- Hə, "Bəsdi ilk "5-liy"ə, bəsdi "10-luğ"a, "Qarabağ", sən oyna çempionluğa". Avrokuboklarda özünü göstərmiş, ölkə futbolu tarixində ilklərə imza atmaqla ad çıxarmış kollektivi dəstəklədiyimizə görə qürur duyuruq. Bilirsiz, gərək əhalinin ziyalı təbəqəsi futbola maraq göstərsin ki, azarkeş mədəniyyəti formalaşsm. Avropanın 4-cü təsnifat mərhələsində Dortmund "Borussiya"sına yenilgidən sonra "Qarabağ"ın futbolçuları haqda xoşagəlməz fikirlərə forumlarda daha çox rast gəlmək olardı. Belələri yalnız boş-boş danışmağı bilir. Məgər "Visla" ilə səfər görü-şündə Matsey Juravskinin 11 rnetrlik cərimə zərbəsini qaytaran Fərhad Vəliyev komandasının məğlubiyyətini istəyər? Adam gərək bilmədiyini danışmasın. Xoş gündə hamı özünü qarabağlı adlandıra bilər. Azarkeş odu ki, ən çətin anda qaçıb gizlənməsin.
- Hazırda fanklubun neçə üzvü var?
- Təxminən 50. Bu say 3 aşağı, 3 yuxarı təhriflə diqqətinizə çatdırıla bilər. Yəni konkret siyahıya almamışıq. Hələ ki yeniyik. Yaxın günlərdə, təbii, sıralarımız genişlənəcək. Müraciət edənlər çoxdu. Sayımız tezlikə artacaq.
- Azarkeş qrupunun rəhbəri kimdi?
- Bizdə fanklubun prezidenti yoxdu. Yalnız 7 nəfərdən ibarət bərabərhüquqlu idarə heyəti var. Heç kim müstəsna səlahiyyətlərə malik deyil. Atacağımız hər addımı öz aramızda məsləhətləşəndən sonra reallaşdırırıq.
- Azərbaycanda əksər fanklublar klublar tərafindən maliyyələşdirilir.
- Məsələ də bundadı. Biz müstəqil azarkeş qrupu kimi işimizə davam edəcəyik. Açığı, "Qarabağ" rəhbərliyindən heç bir kömək istəməmişik və belə fikrimiz də yoxdu. Çünki müstəqillik olmadan azad şəkildə fəaliyyət göstərmək çətin məsələdi. Kimdənsə 5 manat pul və ya baraban a!ıb gözükölgəli olmaqdansa, bunu etməmək məsləhətdi. Həmişə xarici klubların, əsasən dili dilimizə uyğun gəldiyinə görə Türkiyə təmsilçilərinin azarkeş qruplarının fəaliyyətini izləyirik. Təfərdar mədəniyyəti inkişaf etmiş ölkələrdən faydalanmalıyıq. Azad fəaliyyət çox vacibdi. Düzdü, "Qarabağ" rəhbərliyi ilə görüşmüşük, amma. bizə təklif olunan köməkdən imtina etmişik. Fanklub elə olmalıdı ki, klub rəhbərliyi də, yeri gələndə, onunla hesablaşsın.
- Bəs ofis məsələsi necə olacaq?
- Hələ ki yoxdu. Lakin öz hesabımıza bu problemi də yoluna qoymağa çalışacağıq. Müəyyən vaxta ehtiyac var. Başqaları kimi klub rəhbərliyindən kömək istəməyəcəyik.
- "Qarabağ"ın rəsmi fanklubu ilə münasibətləriniz necədi?
- Tam normal, təki Ağdam komandasına azarkeşlik edənlər çox olsun. Oyunlar zamanı ayrı mövqelərdə qərarlaşacağıq. Bu da var ki, hamımızı Qarabağ sevgisi birləşdirir. Sıralarımızda əslən qarabağlı olmayanlar da var. Yerlibazlıq dar düşüncəyə söykənən məntiqdi. Bu komanda yalnız qarabağlılann yox, bütün Qarabağsevərlərindi.
- İnteliektual səviyyəsi yüksək olan mədəni fanklub deyəndə nəyi nəzərdə tutursuz?
- Çılğın dəstək öz yerində, söyüş, təhqir, şəxsiyyətimizə yaraşmayan hərəkələr olmayacaq. Hakimlərin təhqir olunmasının da əleyhinəyik. Bu, etik çərçivəyə sığmır. Etirazlarımızı mədəni şəkildə bildirəcəyik. Əlbəttə, bizi qane etməyən məsələlərə münasibətimiz də gecikməyəcək. Adımıza yaraşan üslubda... Ona görə də kiməsə forma, bayraq boyun olub stadiona aparmaqla nəyəsə nail olmaq cəhdi uğursuz ideyadı. Ürəyi həqiqətən "Qarabağ'la döyünənlərə qapımız açıqdı. Buyurub müraciət edə bilərlər. Tofiq Bəhramov adına Respublika stadionunda bu həftə oynanılanacaq "Qarabağ" -AZAL matçında 17-ci sektorda qərar tutacağıq, Geyimlərimiz hazırdı. Bunu öz hesabımıza etmişik.
- Səfər oyunlarına da yollanmaq fikriniz var?
- Fanklubumuzda ziyalılar çoxluq təşkil edir. Hətta akademik də var. Ailəli olanları, işindən icazə ala bilməyənləri başa düşməliyik. Buna görə də paytaxtdakı qarşılaşmalarda daha çoxsaylı tərəfdarlarla təmsil olunacağıq. Lakin səfər görüşlərində də komandamızı tək qoymayacağıq.
- Oyunlann gedişində fankluba kim öndərlik edir?
- Əsasən Qabil (Polis Akademiyasınm tələbəsidi). Lazım olanda hər birimiz onun funksiyasını yerinə yetirə bilərik. Sinxron hərəkətləri karnilləşdirməli. getdikcə inkişaf etməliyik.
- Bayaqdan söyüş, təhqir olmayacağından danışırsız. Bəs birdən rəqib komandanın tərəfdarları sizi söysə, onda necə olacaq?
- Belələrinin səviyyəsinə enməyə dəyməz. Azərbaycan futbolu hələ ifrat qütbləşmə səviyyəsində inkişaf etməvib. "Neftçi"ylə "Kəpəz"i "Qarabağ"ın əzəli rəqibi sayırıq. Şəxsən mən "İmarət”də oyuna baxmışam. O vaxt da belə idi. İçimdə "Qarabağ" sevgisi çox böyükdü. Vaxt olub ki, bu komanda Sumqayıtda oynayanda evdən yol pulu ala bilmədiyimizə görə butulka satıb oyuna getmişik (digərləri Rövşənin sözlərini təbəssümlə təsdiqləyir).
- Yaxşı, sizcə, "Qarabağ" ev oyunlarını harada keçirməlidi?
- Biz bunun Quzanlıda olmasını istəyərdik. Çünki ora Ağdam ərazisidi. Komanda həmçinin doğma torpaqda daha uğurlu çıxış sərgiləyər. Amma biz indi rəhbərliyin işinə qarışa bilmərik. Özləri bilər. Borcumuz, istənilən halda, "Qarabağ"ın yanında olmaqdı. Fürsətdən istifadə edib bütün "Qarabağ"sevərləri bir araya gəlməyə çağırıram. Həmçinin avrokubokda komandamıza dəstək verən başqa klublann azarkeş qruplarına təşəkkürümü bildirirəm. Biz də eyni addımı atacağıq. Yeri gəlmişkən, "Xəmsə" fanklubunu da "Gəncə"nin elitaya dönməsi münasibətiylə təbrik edirik. Biz yalnız 90 daqiqə boyunca rəqibik.
Mənbə: “Futbol+” qəzeti
Şvaynştayqer boşandı
Ferqyuson "Roma"da
"Sumqayıt"da ayrılıq
"Neftçi" növbəti transferini reallaşdırdı - Rəsmi
"Barselona" Reşfordu nə vaxt təqdim edəcək?
Gyökereş "Arsenal"la anlaşdı
Messi diskvalifikasiya oluna bilər
"Kəpəz" yeni transferini rəsmən açıqladı
"Azərbaycanda keyfiyyətli futbolçuların çıxış etdiyini bilirik" - "Hayduk"un futbolçusu
Qismət Alıyev: "Oyuna tam hazırıq"
Suma "Zirə"dən ayrıldı - Sadıqov təsdiqlədi
“Kəpəz”in yeni sponsoru rəsmən açıqlandı
"Səbail"dən yeni transfer
"Liverpul" və "Çelsi"nin sabiq futbolçusu vəfat etdi
"Kəpəz"dən ayrılan futbolçu bu kluba keçdi
Navasın yeni klubu məlum oldu
“Neftçi”nin Polşa klubu ilə oyununda 4 qol
“Zirə”nin yeni formaları - Şəkillər
Arnautoviçin yeni klubu açıqlandı