"Neftçi"nin futbolçusu Araz Abdullayevi transfer etməkdə israrlı olan İngiltərənin "Everton" klubunun nümayəndələri bu gün Bakıya gəlir. Qol.Az-ın məlumatına görə, flaqmanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu klubun rəsmi saytına açıqlamasında səfər proqramı barədə məlumat verib: "Everton"un nümayəndəsi və bu komandada transfer məsələsilə məşğul olan menecer Bakıya gələrək, "Neftçi" rəhbərliyi ilə görüşəcək. Bildiyiniz kimi, qarşı tərəf ilkin şərtləri öncədən bizə göndəriblər. Lakin bizim də öz şərtlərimiz var. "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqovun tapşırığı əsasında Araz Abdullayevin mənafeyi nəzərə alınaraq, müqaviləyə müəyyən şərtlər əlavə olunub. "Everton" nümayəndələri ilə görüşdə "Neftçi" rəhbərliyi müqavilənin detallarını müzakirə edəcək, öz şərtlərini irəli sürəcək. Əgər müzakirələr uğurla nəticələnərsə, yaxın vaxtlarda "Everton" rəhbərliyi paytaxtımıza səfər edərək, Araz Abdullayevin İngiltərə klubuna keçidi ilə bağlı rəsmi müqaviləyə imza atacaq".
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi