UEFA “Lider” TV-ni cəzalandıra bilər. Qol.Az-ın məlumatına görə, bu haqda “Futbol+”ə açıqlamasında qitə futbol qurumunun tərəfdaşı olan “TİM Marketinq” şirkətinin TV hüquqları üzrə satış meneceri Rut Romero Arnold açıqlama verib.
Məlum olduğu kimi, bu həftə Çempionlar Liqasının qrup mərhələsinin oyunlarına start verildi. Azərbaycanlı futbol azarkeşləri bu turnirə “Lider” TV vasitəsilə baxmaq imkanına malik olsa da, telekanal yalnız “Bursaspor” – “Valensiya” matçını efirə verməklə kifayətləndi. Belədə digər qarşılaşmalara başqa ölkə telekanalları vasitəsilə baxmaq məcburiyyətində qaldıq. Rut Romero Arnold isə bunun “Lider” TV ilə bağlanılan müqaviləyə zidd olacağı təqdirdə, telekanalın cərimələnəcəyini bildirib: “Bu televiziya kanalı ilə bizim aramızda bağlanan müqavilənin surətinə baxmaq lazımdır. Çüni bizim müxtəlif ölkələrin telekanalları ilə əməkdaşlığımız mövcud olduğundan, hər birinin şərtlərini yadda saxlamaq imkanımız yoxdur. Lap bilsəm də, şərtləri açıqlaya bilmərəm. Məxfilik prinsipinə əsasən müqavilənin şərtlərini yalnız tərəflər bilməlidir. Hər halda dediyiniz məsələ yetərincə ciddi söhbət mövzusudur. Belədə bizim sponsorlarımızın reklam hüquqları pozulur. Hər turdan sonra bizdə iclas keçirilir. Məhz həmin iclasda bu məsələni gündəmə gətirəcəyik. Bundan sonra ciddi monitorinq təşkil olunacaq. Yayımın müqavilə şərtləri ilə ziddiyət təşkil etdiyi üzə çıxarsa, telekanalın cəzalandırılmasından da söhbət gedə bilər”.
Bu məsələ ilə bağlı “Lider” TV-nin idman redaksiyasının baş redaktoru Rövşən Məmmədovun da mövqeyini öyrəndik. O, Qol.Az-a açıqlamasında “Lider”i hansısa cəza təhlükəsinin gözləmədiyini və üzərlərinə düşən öhdəçiliyi lazımı şəkildə həyata keçirdiklərini açıqladı: “Hər kanalın öz prinsipləri var. Biz bağladığımız müqaviləyə uyğun olaraq, oyunları veririk. Paketi almağımız o demək deyil ki, biz bütün oyunları verməliyik. Təbii ki, bizim də yayın proqramımız var və müəyyən məqamları gözləməliyik. İstəsək 1 oyun verərik, istəsəl 2 oyun. Odur ki, bizim müqavilədən, qarşılıqlı razılaşmadan xəbəri olmayanların bu haqda nəsə deməsi düzgün deyil. Biz üzərimizə düşən bütün öhdəçilikləri yerinə yetririk və burda hansısa cəzadan söhbət gedə bilməz”.
UEFA-dan AFFA-ya məktub
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi
Şahruddin Almaniyada əməliyyat olundu
"Liverpul"un futbolçusu "Tottenhem"lə oyunu buraxacaq
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Mançester Yunayted"də qalır
İdman jurnalistləri arasında intellektual yarış keçirilib
Tiaqo Silva klubundan ayrıldı
"Milan" "Vest Hem"in hücumçusunu transfer edir
İngiltərə kubokunda yarımfinal cütləri məlum oldu
"Maynts" – "Samsunspor" oyununu yayımlayacaq kanallar
Mariya Stadnik "Yanıq Kərəmi"nə oynadı - Video
Misli.az-da ardıcıl 2 böyük uduş!
Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
Ançelottinin oğlu istefa verdi
"Mançester Siti" yarımfinalda
PSJ Qitələrarası Kuboku qazandı
Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı
"Real"ın futbolçusu son anda heyətdən çıxarıldı
"İnter Mayami" Suaresin müqaviləsini uzatdı