Bu il Bakı Futbol Federasiyasının təşkil etdiyi “Sabahın ulduzları” paytaxt birinciliyində “Bakı” 5 komanda ilə təmsil olunacaq. Qol.Az-ın məlumatına görə, bu barədə, “Bakı”nın uşaq və yeniyetmə komandalarının baş məşqçisi Yüksəl Kepoğlu klubun rəsmi saytına açıqlamasında bildirib. Onun sözlərinə görə 1998/99, 1999, və 2000/2001 təvəllüdlülər 3 komanda olmaqla bu ilki yarışlara qatılacaq. Aşağı yaş qrupları üzrə komandalarla bağlı daha bir xəbər isə yeni mövsümdən “Bakı”ya 3 türk məşqçinın dəvət edilməsilə bağlıdır. Murad Yoldaş – baş koordinatorun köməkçisi (taktiki və texniki məsələlər üzrə), Adnan Yazıçıoğlu – 1995-ci il təvəllüdlü yeniyetmələrdən ibarət komandaların baş məşqçisi, Melih Ergün isə 1997/98 təvəllüdlü yeniyetmələrdən ibarət komandanın baş məşqçisi vəzifəsində çalışacaq. Melih bəy həm də yaş qrupları üzrə “məşq planlayıcısı” vəzifəsini də icra edəcək.
1994 cü il və təvəlüdlülərdən ibarət komandanın baş məşqçi postunda da dəyişiklik edilib. Komandaya İbrahim Uzunca başçılıq edir.
1997-ci il (U-13) təvəllüdlülər AFFA-nın təşkilatçığı ilə keçirilən “U-13 liqa”sında, 1996-ci il təvəlüdlülər “Kapitalbank U-15 Liqa”sında, 1994 və 1995-ci il təvəllüdlü yeniyetmələr ayrı-ayrılıqda isə “U-17 Azercell liqa”da “Bakı”nın idman şərəfini qoruyacaq. “Zolaqlılar” AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qrupları üzrə çempionatlarda toplam 4 komanda ilə təmsil olunacaq. Qeyd edək ki, əvəzedici və əsas komandaları da nəzərə almaqla “Bakı” 2010/2011 mövsümünə 11 komanda ilə çıxır. Növbəti mövsümdən onların sırasının genişlənməsi gözlənilir. “Bakı” futbol klubunun 250 futbolçusu var. Bunlardan hal-hazırda 15-ə qədəri mütamadi olaraq Azərbaycan milli komandalarına dəvət edilir. Bunlardan 8-i aşağı yaş qrupları üzrə komandaların payına düşür. U-14 milli komandası formalaşdırılmadığı üçün həmin yaş üzrə futbolçular milliyə cəlb edilmir. Millilərə cəlb edilən futbolçuların ümumi sayının 10 % -ə qədər çatdırılması (25) planlaşdırılır.
UEFA-dan AFFA-ya məktub
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi
Şahruddin Almaniyada əməliyyat olundu
"Liverpul"un futbolçusu "Tottenhem"lə oyunu buraxacaq
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Mançester Yunayted"də qalır
İdman jurnalistləri arasında intellektual yarış keçirilib
Tiaqo Silva klubundan ayrıldı
"Milan" "Vest Hem"in hücumçusunu transfer edir
İngiltərə kubokunda yarımfinal cütləri məlum oldu
"Maynts" – "Samsunspor" oyununu yayımlayacaq kanallar
Mariya Stadnik "Yanıq Kərəmi"nə oynadı - Video
Misli.az-da ardıcıl 2 böyük uduş!
Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
Ançelottinin oğlu istefa verdi
"Mançester Siti" yarımfinalda
PSJ Qitələrarası Kuboku qazandı
Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı
"Real"ın futbolçusu son anda heyətdən çıxarıldı
"İnter Mayami" Suaresin müqaviləsini uzatdı