Azərbaycan Premyer Liqasının 13-cü turunda səfərdə “Sumqayıt” üzərində qələbə (2:1) "Sabah"ın futbolçuları Slavik Alxasov və Aleksey İsayev üçün əlamətdar olub.
Qol.az xəbər verir ki, hər iki futbolçu “Sabah”ın formasında ilk qollarına imza atıblar.
Həm Slavik, həm də Aleksey “Sabah”da vurduqları ilk qolun təəssüratlarını klubun saytına bölüşüblər:
Slavik Alxasov bildirib ki, dünənki oyunun nəticəsi onun üçün ikiqat sevindirici olub: “Sevinirəm ki, dünənki qələbəmizdə mənim də payım oldu. Bizim üçün çox vacib qələbə idi. İli qalibiyyətlə başa vurmaq istəyirdik ki, buna da nail olduq. Sumqayıtda qazanılan 3 xal bütün komanda üçün yaxşı motivasiya oldu. Bu cür vacib qələbəyə qolla töhfə verməyim, həmçinin “Sabah”da qol hesabımı açmağım mənim üçün ikiqat sevindiricidir”.
Aleksey İsayev isə xeyli vaxtdır qol vurmadığını xatrıladıb: “Çoxdandır qol vurmurdum. Əlbəttə, qol vurmaq həmişə xoşdu. Ancaq mənim üçün bundan da əsas olan, komandamın qalib gəlməsidir. Şadam ki, “Sabah”da qol hesabımı açdım və komandamın qələbəsinə töhfə verdim”.
Xatırladaq ki, Slavik “Sumqayıt”la görüşün 26-cı dəqiqəsində hesabı açıb, Aleksey isə qarşılaşmanın 65-ci dəqiqəsində penaltidən fərqlənərək, oyunda həlledici, qələbə qoluna imza atıb. Hər iki futbolçu “Sabah”a bu ilin yayında qoşulublar.
"Hörmətsizlik deyil, sadəcə yorğunam" - Yuri Vernidub
Qurban Qurbanovdan Elvin Cəfərquliyevlə bağlı suala cavab
“Səbail”in 6 qollu qələbəsindən - Video
Reşfordu təhqir etdiyinə görə cəzalandırıldı
“Sabah”ın çempionluğu rəsmiləşdi
10 qol vuran ilk oyunçu oldu
Montiel zədələndi, hirsindən butsunu yerə çırpdı - Video
"Barselona" onlarla sağollaşır
AFFA rəhbərliyi FİFA-nın Konqresində
Dünya çempionatından sonra karyerasını başa vuracaq
İran nümayəndə heyəti FİFA konqresinə niyə buraxılmayıb?
1-ci liqada 24-cü tura yekun vuruldu
“Neftçi” - “Qarabağ”: Heyətlər
Misli Premyer Liqasında bu həftəki oyunların hakimləri
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
UEFA ləğv olunan penalti qərarına aydınlıq gətirdi
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Azərbaycanın daha bir stadionuna FİFA sertifikatı verildi
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Mançester Yunayted"də 5 illik müqavilə
"Perspektivli komandamız var" - Aqil Nəbiyev
Salah bu mövsüm oynaya biləcək?
40 yaşlı Eşli Yanq son oyununa çıxır
Skott Parker istefaya göndərildi
Prezidentin güləşçilərlə görüşündə səmimi anlar - Şəkillər
Loqonu tapdaladı, Simeone ailəsi özündən çıxdı - Video
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan millisi Pakistana qalib gəldi
Yığmamız Belarusla qarşılaşdı
Hafiz Məmmədov ilə Qurban Qurbanov bir arada - Şəkil
ÇL-də həftənin oyunçusu kim olacaq?
Nəriman 90 dəqiqə oynadı, komandası 1/4 finala yüksəldi
"Atletiko" "Arsenal"la heç-heçə etdi - Çempionlar Liqası
Autsayder liderdən xal aldı - Video
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı