"Yanvarda hər şey dəyişə bilər" - Artetadan Özil açıqlaması

"Yanvarda hər şey dəyişə bilər" - Artetadan Özil açıqlaması
ÖLKƏ FUTBOLU 13 Dekabr 2020 / 15:49 2573
-  A +

"Arsenal"ın baş məşqçisi Mikel Arteta yarımmüdafiəçi Mesut Özili yanvar ayında heyətə qaytara bilər.

Qol.az xəbər verir ki, bu barədə o, goal.com-a açıqlamasında deyib:

"Özil komandada olmadığı müddətdə, diqqətimi əlimdəki oyunçu seçiminə yönəltdim. Buna baxmayaraq, yanvar ayında hər şey dəyişə bilər. Qərar vermək üçün vaxtımız olacaq".

Qeyd edək ki, Özil bu mövsüm meydana çıxmayıb. "Arsenal" 32 yaşındakı yarımmüdafiəçini bütün turnirlərdə heyətdən çıxarıb. Onun klubu ilə müqaviləsi 2021-ci il iyununda başa çatır.

Daha çox


Son xəbərlər
topaz banner