Almaniya yığmasının üzvü Per Mertezaker, AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Kölndə keçirilən oyunda millimizin hücumçusu Vaqif Cavadovun dirsək zərbəsiylə almacıq sümükləri qırıldığı üçün məhkəməyə müraciət edəcək. Qol.Az-ın məlumatına görə, bu haqda “Verder”in əsas müdafiəçilərindən olan Mertezaker jurnalistlərə bildirib. 25 yaşlı futbolçu oyunçumuzu bu hərəkətinə görə tənqid etməklə yanaşı, hakimin bu epizoda heç bir reaksiya verməməsindən şikayətlənib: “Həmin anda çox qorxulu anlar keçirdim. Çünki gözlərimi itirə bilərdim. Bir anda hər şey mənim üçün qaraldı. Sanki gözümün içinə bir şeylər soxdular kimi hisslər keçirirdim. Mən başa düşə bilmirəm, axı bu necə rəhbərlikdir? İldə 5 min toplantı keçirib, hakimlərin biliklərini artırmağa çalışırlar. Ancaq buna rəğmən belə kobud səhvlərə, qərarlara yol verilir. Hələ də anlaya bilmirəm, bu futbolçu nə üçün cəzalandırılmadı? Ən azından sarı vərəqə göstərilə bilərdi”.
Bundesliqada komandasına bir neçə oyunda kömək edə bilməyəcək futbolçunun gələn həftədən etibarən xüsusi maskayla məşqlərə başlayacağı gözlənilir.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi