“Sabah bizim üçün çətin oyun olacaq. Hər iki komanda üçün neytral stadion olması qəribə haldır. Hətta, bəlkə də, bizim üçün üstünlükdür. Hər halda, vəziyyət necə olur-olsun səfər oyunları həmişə çətindir".
Qol.az xəbər verir ki, bu sözləri “Makkabi”nin (Təl-Əviv) kapitanı Şeran Yeini Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
34 yaşlı müdafiəçi "Qarabağ"ın yaxşı oyun sərgilədiyini bildirib: “Qarabağ”a qarşı ilk oyunumuz yaxın müddətdə olmuşdu. Bizə yalnız 0:1 hesabı ilə məğlub oldular. “Sivasspor”la oyunlarının müqəddəratı da son dəqiqələrdə həll olundu. Bu üzdən çətin görüş olacağını güman edirəm”.
Təcrübəli futbolçu qrupdan çıxmaq üçün əllərindən gələni edəcəklrini söyləyib: “Bütünlüklə bu matça köklənmişik. Özümüzü hər şeyə hazırlamalıyıq. Qrupdan çıxmaq çətin tapşırıqdır. Bunun öhdəsindən gəlməyə çalışacağıq. Bu, inanılmaz təcrübə olar. Lakin indi bu barədə düşünmürük, yalnız “Qarabağ” üzərində qələbə üçün nə lazım olduğunu düşünürük”.
Qeyd edək ki, bu gün Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.
"Hörmətsizlik deyil, sadəcə yorğunam" - Yuri Vernidub
Qurban Qurbanovdan Elvin Cəfərquliyevlə bağlı suala cavab
“Səbail”in 6 qollu qələbəsindən - Video
Reşfordu təhqir etdiyinə görə cəzalandırıldı
“Sabah”ın çempionluğu rəsmiləşdi
10 qol vuran ilk oyunçu oldu
Montiel zədələndi, hirsindən butsunu yerə çırpdı - Video
"Barselona" onlarla sağollaşır
AFFA rəhbərliyi FİFA-nın Konqresində
Dünya çempionatından sonra karyerasını başa vuracaq
İran nümayəndə heyəti FİFA konqresinə niyə buraxılmayıb?
1-ci liqada 24-cü tura yekun vuruldu
“Neftçi” - “Qarabağ”: Heyətlər
Misli Premyer Liqasında bu həftəki oyunların hakimləri
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
UEFA ləğv olunan penalti qərarına aydınlıq gətirdi
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Azərbaycanın daha bir stadionuna FİFA sertifikatı verildi
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Mançester Yunayted"də 5 illik müqavilə
"Perspektivli komandamız var" - Aqil Nəbiyev
Salah bu mövsüm oynaya biləcək?
40 yaşlı Eşli Yanq son oyununa çıxır
Skott Parker istefaya göndərildi
Prezidentin güləşçilərlə görüşündə səmimi anlar - Şəkillər
Loqonu tapdaladı, Simeone ailəsi özündən çıxdı - Video
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan millisi Pakistana qalib gəldi
Yığmamız Belarusla qarşılaşdı