Dünən AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasını 6-1 hesabı ilə məğlub edən Almaniya millisinin futbolçuları matçla bağlı fikirlərini bölüşüblər. Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, almanlar birmənalı olaraq nümayiş etdirdikləri oyundan razı qalıblar.
Filipp Lam: “6 qol vurduq. Bu bizim üçün qaneedicidir. Komanda olaraq gözəl futbol oynadıq və oyunumuzdan zövq aldıq. Baxmayaraq ki, qapımızda bir qol gördük, nəticəni qənaətbəxş hesab edirəm”.
Lukas Podolski: “İlk dəqiqədən sona kimi gözəl oyun nümayiş etdirdik və qələbəyə layiq olduğumuzu göstərdik. Belçika ilə oyunumuzu ideal hesab etmirdim. Ancaq bu dəfə çox yaxşı oynadıq”.
Miroslav Kloze: “Hər şeydən öncə deyim ki, gözəl oynadıq. Lakin etiraf etməliyəm ki, hələdə fiziki baxımdan nisbətən özümdə zəiflik hiss edirəm. Komandamız üçün hazırda ən vacib məsələ odur ki, yerimizdə saymayaq və daha da inkişaf edək”.
Manuel Noyer: “Keçmiş artıq geridə qalıb. Zövq verməyən, cansığıcı oyunlarımız artıq gözəl oyunla əvəzlənib. Düşünürəm ki, CAR mundialından çox şey öyrənmişik. Ümid edirəm ki, belə də davam edəcək”.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi