Türkiyə Futbol Federasiyasının milli komandalar üzrə rəsmisi Levent Kızıl Belçika üzərində qazandıqları qələbədən sonra, ölkəsinin yığmasının gələcəyi haqda maraqlı açıqlamalar verib. Qol.Az-ın məlumatına görə, AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində yığmamızla birgə A qrupunda yer alan “ay-ulduzlular”ın ilk iki oyundan 6 xalla ayrılmasına sevindiyini bildirən Kızıl, bu uğurun davamının gələcəyinə dair inamını ifadə edib. “Belçika üzərindəki qələbə bizə böyük ruh yüksəkliyi gətirdi. İnşallah, AÇ-2012-yə qatılacağıq. Artıq ilk iki oyundan son qazandığımız 6 xal sayəsində önümüz daha da açıldı. Gələcək oyunlara böyük ümidlərlə baxıram. Futbolçularımıza və baş məşqçimizə inanıram. Qarşıda Almaniya və Azərbaycanla oyunlar var. Hədəfimiz qrup liderliyidir. İnanıram ki, komandamız Almaniya və Azərbaycanla oyunları da asanlıqla qazanacaq”.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi