Millimizin qapıçılarla işləyən məşqçisi Uli Ştayn Almaniya ilə oyunöncəsi öz ölkəsindən olan jurnalistlərə maraqlı açıqlamalar verib. Qol.Az-ın məlumatına görə, baş məşqçi Berti Foqtsun köməkçisi bu gecə keçiriləcək oyunda səviyyə fərqinin özünü aşkar şəkildə biruzə verəcəyini bildirib: “Etiraf edirəm ki, Kölndəki qarşılaşma mənim üçün fantastik bir şey olacaq. Təxminən 45 min tamaşaçı qarşısında oynamaq çox möhtəşəm bir hadisədir. Azərbaycanda isə bu qədər azarkeş qarşısında çıxış etmək qeyri-mümkündür. Çünki burada belə böyük tamaşaçı tutumuna malik stadion yoxdur. Azərbaycan futbolçuları çempionat oyunlarında bir neçə yüz tamaşaçı qarşısında oynayırlar. Beynəlxalq matçlarda isə bu rəqəm bir qədər çox olsa da, Almaniya ilə heç müqayisəyə gəlməz səviyyədədir. Düzdür, azəri futbolçuların hamısı peşəkardır və pis şəraitə layiq deyillər. Lakin onların hazırlıq keçdiyi yerlər peşəkarlıqları ilə uyğun gəlmir”. Almaniya yığmasının sabiq qapıçısı Ştayn Azərbaycan klublarının hazırlıq prosesinə də toxunub. “Təəssüflər olsun ki, Azərbaycanda klublar gündə bir dəfə 1 saat və ya saat yarım məşq edirlər. Bu isə peşəkarlıqdan çox uzaq bir şeydir. Ona görə də biz yığmada hər şeyi sıfırdan başlamalı oluruq. Halbuki, bu fitness məşqlərini klublar həyata keçirməlidir. Azərbaycan millisi Kölndə keçiriləcək matçda böyük hesabla məğlub olacaq. Hannoverdə olduğu kimi, əgər 0:4 hesabı ilə uduzsaq bunu qənaətbəxş hesab etmək olar. Həmin vaxtdan indiyə qədər Almaniya yığması xeyli inkişaf edib. Onların dünya çempionatında da fantastik çıxış etmələri bunu bir daha təsdiq edir. Bizim heç-heçə etməyimiz isə lotereyada udmaq kimi bir şey olacaq”.
Qeyd edək ki, Almaniya-Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi