Bu gün 2012-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində növbəti turun oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, 4 gün öncə baş tutan ilk turun oyunlarında Azərbaycan millisi istirahət etsə də, bu gün nəhayət Berti Foqtsun çalışdırdığı komandamız da ilk matçına çıxıb. Məhz bu üzdən futbolsevərlərimizin bütün diqqəti məhz Almaniyanın Köln şəhərinə yönəlmişdi. Axı komandamız ardıcıl ikinci mövsümdür eyni qrupda yer aldığımız güclü Almaniya millisinin qonağı idi. Komandamızın çətin rəqiblə səfər matçından sərfəli nəticə ilə dönəcəyi inandırıcı görünməsə də, hər halda ən azından layiqli oyun sərgiləyib, normal hesabla məğlub olacağına inamımız var idi. Gəl ki, ardıcıl ikinci seçmə mərhələdir yığmamızın sükanı arxasında çalışan Berti Foqtsun komandası biabırçı məğlubiyyətdən yaxa qurtara bilmədi. Ötən mövsüm bu rəqibinə 0:4 hesabıyla yenilən futbolçularımız bu dəfə qapısında daha çox - 6 qol gördü. Düzdü, bu dəfə rəqib qapısına yol tapmağımıza da sevinmək şansımız oldu. Amma nəzərə alsaq ki, həmin qol da sırf rəqib qapıçının səhvindən sonra gerçəkləşdi, deməli, Foqtslu millimizdə irəliləyişdən yox, geriləmədən danışmağımız daha düzgün olardı. Yeri gəlmişkən, almaniyalı mütəxəssis bu qarşılaşma ərəfəsində az qala hər açıqlamasında yığmamızdan hansısa sürpriz gözləməyin mənasız olduğunu, həmyerliləri ilə oyunun sadəcə "pulsuz dərs" olduğunu iddia edirdi. Gözlədiyiniz "dərs" xoşunuza gəldimi, cənab Foqts?
AÇ-2012-nin seçmə mərhələsi
A qrupu
7 sentyabr
23:45. Almaniya – Azərbaycan - 6:1
QOLLAR: Heyko Vestermann, 28 (1:0). Lukas Podolski, 45 (2:0). Miroslav Kloze, 45+2 (3:0). Rəşad Sadıqov, 53-öz qapısına (4:0). Manuel Noyer, 57 (4:1). Badştuber, 85 (5:1). Kloze, 90+2 (6:1).
Hakimlər: Markus Stromberqsson, Stefan Vittberq, Fredrik Nilson, Daniel Stalhammer (hamısı İsveç).
Hakim-inspektor: Stefan Ormançev (Bolqarıstan)
UEFA nümayəndəsi: David Georgi Kollins (Uels)
Köln. “Reynenerjiştadium” stadionu.
ALMANİYA: 1. Manuel Noyer, 4. Saşa Ryeter, 6. Sami Xedira, 7. Bastian Şvaynştayger (19. Kakau, 78), 8. Mesut Özil, 10. Lukas Podolski, 11. Miroslav Kloze, 13. Tomas Müller (21. Marko Marin, 62), 14. Holger Badştuber, 16. Filip Lam (k), 17. Per Mertezaker (5. Heyko Vestermann, 11).
Ehtiyat oyunçular: 22. Rene Adler, 9. Stefan Kisslinq, 18. Toni Kroos, 23. Mario Qomes.
Baş məşqçi: Yoahim Löv.
AZƏRBAYCAN: 1. Kamran Ağayev, 14. Rəşad Sadıqov, 3. Saşa Yunisoğlu (13. Vurğun Hüseynov, 56), 2. Rail Məlikov, 18. Maksim Medvedev, 9. Samir Abasov, 8. Aleksandr Çertoqanov (6. Rəşad Sadiqov, 64), 5. Elnur Allahverdiyev, 4. Mahir Şükürov, 17. Vüqar Nadirov (22. Araz Abdullayev, 85), 7. Vaqif Cavadov.
Ehtiyat oyunçular: 23. Səlahət Ağayev, 16. Amit Quluzadə, 19. Rahid Əmirquliyev, 20. Fabio Luis Ramim.
Baş məşqçi: Berti Foqts.
Oyun başladı. Millimizə yeni seçmə mərhələdə və almanlarla oyunda uğurlar arzulayırıq!!!
5. Müdafiəçilərimizin kobud səhvindən sonra almanlar təhlükəli əks-hücum təşkil etsə də, meydan sahiblərinin hesabı açmasına Kamran Ağayev vaxtında mane ola bildi
7. Vaqif Cavadovla Per Mertezaker arasındakı hava mübarizəsi zamanı alman oyunçu zədələnir
10. Vaqifin sol cinahdan gözəl reydi. O, cərimə meydançasına ideal ötürmə etsə də, son anda Şvaynştayger təhlükəni sovuşdurur
10. Railin uzaqdan zərbəsi üstdən keçir
11. Mertezakerin zədəsi ciddi olduğundan, onu Heyko Vestermann əvəzləyir
14. Elnur Xediraya qarşı təhlükəli zonada kobud oynayır. Cərimə zərbəsini Şvaynştayger yerinə yetirir. Top müdafiəçilərimizə toxunub kornerə çıxır
18. Almanların növbəti künc zərbəsi də bəhrəsiz qalır
19. Saşa Klozenin cərimə meydançasına daxil olmasına düz xəttin üzərində mane olur. Təhlükəli mövqedən növbəti cərimə zərbəsi
20. Kamran Podolskinin cərimə zərbəsini zərərsizləşdirməyi bacarır
23. Podolski təkbaşına irəliləyib qapıya zərbə endirsə də, top az fərqlə çölə çıxır
24. Mahirin ifasında komandamızın növbəti təhlükəli hücumu. Lakin onun zərbəsi dəqiq olmur
25. Podolskinin növbəti təhlükəli zərbəsi dəqiq olmur
25. Künc zərbəsindən sonra Vestermannın təhlükəli baş zərbəsini Kamran inanılmaz reaksiyayla qaytarır. Podolskinin təkrar zərbəsi yenə bəhrəsiz qalır
28. Oyuna sonradan çıxan Vestermannın yaxın məsafədən ilk zərbəsini Kamran dəf etsə də, təkrar zərbə hesabın açılmasıyla nəticələnir - 1:0
32. Klozenin hesabı artırmaq şansı. Saşa topu onun ayaqları altından kornerə çıxarır
36. Vüqarın uzaqdan təhlükəli və qüvvətli zərbəsini Noyer zərərsizləşdirməyi bacarır
Millimiz almanların aramsız hücumlarının qarşısını çətinliklə də olsa, ala bilirlər
45. Podolski, nəhayət ki, istəyinə çatır. Cərimə meydançamızda asanlıqla divar ötürməsi edən almanların hücumunu məhz Lukas tora göndərir - 2:0.
45+2. Kloze daha bir qol vuraraq, artıq ilk yarıda darmadağını rəsmiləşdirir - 3:0.
İlk yarı başa çatdı
İkinci hissə başladı
46. Meydan sahibləri ikinci hissəyə də hücumlarla başlayır. Kapitan Lamın yaxın məsafədən zərbəsini Kamran tuta bilir
48. Samir rəqib futbolçuyla mübarizə zamanı zədələnir
51. Müllerin təhlükəli zərbəsi...Bu dəfə rəqibin zərbəsi dəqiq olmur
53. Xediranın qapı qarşısına ötürməsi zamanı Rəşad Sadıqov topu öz qapımıza göndərir - 4:0
56. Saşa Yunisoğlunun əvəzində meydana Vurğun Hüseynov daxil olur
57. Vaqif Cavadovun yerinə yetirdiyi künc zərbəsi zamanı Noyer kobud səhvə yol verir və komandamız vurulan qollardan birinin əvəzini çıxır - 4:1
61. Müller qapımıza yol tapsa da, ofsayd qeydə alınır
62. Mülleri Marko Marin əvəzləyir
64. Çertoqanovun əvəzində meydana Rəşad Sadiqov çıxır
73. Podolskinin növbəti dəfə fərqlənmək şansı olsa da, zərbəsi dəqiq olmur
78. Şvaynştaygeri Kakau əvəzləyir
83. Kakaunun zərbəsini Kamran zərərsizləşdirir
85. Foqts Vüqarı Araz Abdullayevlə əvəzlədi
85. Badştuber də millimizin qapısına yol tapır - 5:1
90+2. Kloze daha bir qol vuraraq, hesabı biabırçı həddə çatdırdı - 6:1
Oyun başa çatdı
"Neftçi" növbəti transferini reallaşdırdı - Rəsmi
"Barselona" Reşfordu nə vaxt təqdim edəcək?
Gyökereş "Arsenal"la anlaşdı
Messi diskvalifikasiya oluna bilər
"Kəpəz" yeni transferini rəsmən açıqladı
"Azərbaycanda keyfiyyətli futbolçuların çıxış etdiyini bilirik" - "Hayduk"un futbolçusu
Qismət Alıyev: "Oyuna tam hazırıq"
Suma "Zirə"dən ayrıldı - Sadıqov təsdiqlədi
“Kəpəz”in yeni sponsoru rəsmən açıqlandı
"Səbail"dən yeni transfer
"Liverpul" və "Çelsi"nin sabiq futbolçusu vəfat etdi
"Kəpəz"dən ayrılan futbolçu bu kluba keçdi
Navasın yeni klubu məlum oldu
“Neftçi”nin Polşa klubu ilə oyununda 4 qol
“Zirə”nin yeni formaları - Şəkillər
Arnautoviçin yeni klubu açıqlandı
"Qarabağ"ı Dublindəki oyunda nə qədər azarkeş dəstəkləyəcək?
Pau Lopes Avropaya qayıtdı
"Araz-Naxçıvan"ın rəqibi Fransa klubundan futbolçu aldı
"Milan" Premyer Liqadan oyunçu transfer edir
"Barselona" yeni müqaviləyə hazırlaşır
“Səbail” kapitanı ilə bağlı qərarı açıqladı
Braziliya millisinin sabiq üzvü karyerasını başa vurdu
Azərbaycanlı hakimə UEFA-dan təyinat
"Ronaldo normal insan deyil"
Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür
Joao Feliks bu kluba keçir
"Mançester Yunayted" yeni transferini açıqladı
Millimizin futbolçusu Rusiyada turun rəmzi yığmasına düşüb
"Jirona"dan "Araz-Naxçıvan"ın rəqibinə keçdi
"Qarabağ" Dublindədir - Şəkillər
Sabiq "Qalatasaray"lı Türkiyəyə qayıtdı - Rəsmi
"Qəbələ"nin legioneri "Şamaxı"da baxışdadır
"Kəpəz" "Qəbələ" ilə qarşılaşdı
"Şamaxı" "Karvan"a qalib gəldi
Yeni transfer Liverpuldadır
Asim Xudiyevə UEFA-dan növbəti təyinat
"Neftçi" məşqçisi ilə yollarını ayırdı
"Atletiko"dan "İnter Mayami"yə