AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan millisini qəbul edəcək Almaniya yığmasının baş məşqçisi Yoahim Löv bu gün mətbuat konfransı keçirib. Qol.Az-ın məlumatına görə, Bundestimin çalışdırıcısı qarşıdakı oyunla bağlı fikirlərini bölüşüb: “Biz bu oyunda rəqibi lazımınca qiymətləndirməliyik. Bizim üçün çox vacib qarşılaşmadır. Çalışacağıq ki, matçda tempi yüksək saxlayaq. Arxayınçılıq bizə baha başa gələ bilər. Azərbaycanı ciddi rəqib kimi qəbul etməliyik. Müdafiəni yarmaqda və hücumlarda futbolçularımız səbrli olmalıdırlar. Rəqibin oyunu həndbol komandasının oyununa bənzəyəcək. Orada olduğu kimi rəqib oyunçular cərimə meydançasının ətrafında müdafiə olunacaqlar. Fikrimcə, Azərbaycanlılar bu matçda yalnız əks-hücumlara bel bağlayacaq. Buna görə də biz oyunda ehtiyatı əldən verməməliyik. Unutmaq olmaz ki, Belçikadakı çətin oyundan sonra yorğun dönmüşük. Bununla belə, güclü rəqibdən 3 xal aldığımıza görə sevinirik. İnanıram ki, sabahkı oyunda da meydandan qalib ayrılacağıq”.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi