Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Almaniya mətbuatına müsahibə verib. Qol.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Almaniya ilə baş tutacaq oyunöncəsi maraqlı fikirlər söyləyib. O, ilk öncə Almaniya millisinin səfərdə Belçikanı məğlub etməsinə toxunub: “Bu oyunda qazanılan üç xal almanları qrup qalibi olmağa daha da yaxınlaşdırdı. Çünki Belçikanın gənclərdən ibarət yığması qrupda Almaniyadan sonra ən güclü komandadır. Türkiyənin səfərdə Belçikanı məğlub edəcəyinə inanmıram. Mən Bundestimin Belçika ilə oyununu gözucu izləyə bildim. Çünki həmin vaxt yığmanın düşərgəsində ad gününü qeyd edirdik. Bunula belə, köməkçim Olaf Yansen Brüsselə ezam olunmuşdu. Almaniya yığması oyunun müəyyən anlarında dünya çempionatının final mərhələsindəki əzmkarlığı nümayiş etdirirdi. Məhz buna görə də almanlar inamlı qələbə qazandılar. Azərbaycan millisinə gəldikdə isə bizim komanda Finlandiya, Uels, Rusiya kimi komandaların əhvalını korlaya bilər. Lakin bunun üçün müəyyən şərtlər lazımdır. İndi vəziyyətdə komandanın iki çox vacib arxa xətt oyunçusu yoxdur. Söhbət əlbətdə ki, Vladimir Levin və Ruslan Abuşovdan gedir. Onlar qısa müddətə sıradan çıxıblar. Bundan əlavə bizim irəli xəttdə, daha dəqiq hücumçularla da bağlı problemiz var. Buna görə də Almaniyada fövqəladə nə isə edə bilməyəcəyik. Bütün bunlara baxmayaraq maksimum çalışacağıq ki, Almaniyada yaxşı nəticə göstərək. Mənim üçün futbolçularımın matçdan sonra nəticə çıxarmaları daha vacibdir. Oyundan sonra onlar “bizdə nə çatışmır”, “daha yaxşı oynamaq üçün nə etməliyik” suallarına cavab tapmalıdırlar. Belə işlərə böyük məbləğlər xərcləndiyi halda onlar pulsuz dərs alacaqlar. Bu isə vacib şərtlərdən biridir. Məşqlərə daha tez başlamağım isə futbolçuların şəraitə uyğunlaşmasına xidmət edir. Oyunçular sürətli ot örtüyünə öyrəşməli, yay geyimindən qış geyiminə keçməyə, müasir idman ayaqqabılarına da uyğunlaşmalıdırlar. Bütün bu xırdalıqlara fikir vermək lazımdır ki, komanda ilə uğur qazana biləsən. Komandamızda bir sıra problemlər olmasına baxmayaraq, mən Azərbaycandakı işimdən çox məmnunam. Belə olmasaydı müqaviləni yeniləməzdim. Burada futbolun inkişafı üçün görülən işlər çox heyranedicidir. Mən buraya heç də pul qazanmaq məqsədilə gəlməmişəm. Çünki mənim arzum ABŞ və ya İngiltərə Premyer Liqasında çalışmaqdır. Lakin mən karyeramı Azərbaycanda davam etdirməyi üstün tutdum. Yaxın gələcəkdə Azərbaycan millisində uğur qazanacağıma inanıram”.
UEFA-dan AFFA-ya məktub
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi
Şahruddin Almaniyada əməliyyat olundu
"Liverpul"un futbolçusu "Tottenhem"lə oyunu buraxacaq
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Mançester Yunayted"də qalır
İdman jurnalistləri arasında intellektual yarış keçirilib
Tiaqo Silva klubundan ayrıldı
"Milan" "Vest Hem"in hücumçusunu transfer edir
İngiltərə kubokunda yarımfinal cütləri məlum oldu
"Maynts" – "Samsunspor" oyununu yayımlayacaq kanallar
Mariya Stadnik "Yanıq Kərəmi"nə oynadı - Video
Misli.az-da ardıcıl 2 böyük uduş!
Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
Ançelottinin oğlu istefa verdi
"Mançester Siti" yarımfinalda
PSJ Qitələrarası Kuboku qazandı