“İngiltərə və Argentina ilə oyunlarda yetərincə güc itirmişik. Bu üzdən istədiyimiz oyunu ortaya qoya bilmirik. Azərbaycana qarşı matç bu baxımdan çətin keçəcək”. Qol.Az-ın məlumatına görə, bu sözləri Almaniya millisinin təcrübəli hücumçusu Miroslav Kloze söyləyib.
AÇ-2012-nin seçmə mərhələsində rəqibimiz olan və sabah Kölndə qarşılaşacağımız Almaniya yığmasının forvardı dünən Bakı vaxtı ilə saat 16:30-da komandanın məskunlaşdığı “Gürzenich” otelində mətbuat konfransı keçirib. Hazırkı Almaniya yığmasının 53 qolla bombardiri olan Kloze Belçika ilə oyunda olduğu kimi, millimizlə qarşılaşmada da fərqlənmək niyyətində olduğunu gizlətməyib. O, məqsədinin 68 qolla Bundestimin lideri olan Herd Müllerə çatmaq olduğunu deyib: “Əlbəttə, qollarımın sayını artırmağa çalışıram. Hər oyunda fərqlənmək istəyirəm. Hazırda Yoahim Ştreyxi (55 qol) keçməyə qadirəm. Biz ilk növbədə DÇ-dən əvvəlki oyunumuzu bərpa etməyə çalışırıq. Azərbaycan millisi ilə son görüşümüzdə onların asan rəqib olmadığını görmüşük. Ancaq biz yenə də qələbə qazanmaq istəyirik”.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi