"Barselona" Kumanın təyinatını açıqladı - Rəsmi

"Barselona" Kumanın təyinatını açıqladı -  Rəsmi
DÜNYA FUTBOLU 19 Avqust 2020 / 13:55 4614
-  A +

Ronald Kumanın “Barselona”ya baş məşqçi təyinatı rəsmiləşib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssislə 2022-ci ilin yayına qədər müavilə imzalanıb.

"Barselona"ya görə 2018-ci ildən çalışdırdığı Niderland millisindən ayrılan Kuman yeni komandasında  bir neçə gün əvvəl istefaya göndərilən Kike Setyeni əvəzləyib.

Qeyd edək ki, niderlandlı mütəxəssis 1998-2000-ci illərdə Kataloniya klubunda köməkçi məşqçi kimi çalışıb. O, futbolçu kimi də 1989-1995-ci illərdə bu komandanın şərəfini qoruyub.

Son xəbərlər