Cerrard "Liverpul"u təbrik etdi

Cerrard "Liverpul"u təbrik etdi
DÜNYA FUTBOLU 26 İyun 2020 / 15:08 2743
-  A +

“Liverpul”un əfsanəvi futbolçusu Stiven Cerrard sabiq komandasını çempionluq münasibəti ilə təbrik edib.

Qol.az xəbər verir ki, “Reyncers”in baş məşqçisi 17 il “qırmızılar”ın şərəfini qoruyub və çempionluq yaşamayıb. O, sosial şəbəkə hesabındakı paylaşımında yazıb:

“Premyer Liqa çempionu “Liverpul”u təbrik edirəm. Möhtəşəm heyət və əla baş məşqçi ilə inanılmaz bir uğurdur. Ən önəmlisi isə 30 ildir bu anı gözləyən azarkeşləri təbrik edirəm. Parti başlasın!”

Qeyd edək ki, Cerrard 1998-2015-ci illərdə “Liverpul”da çıxış edib.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq