Qanalı futbolçu müqavilə imzalamadan “Milan”a keçdi

Qanalı futbolçu müqavilə imzalamadan “Milan”a keçdi
DÜNYA FUTBOLU 17 Avqust 2010 / 16:09 2922
-  A +

Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatında Qana yığmasının heyətində parlaq oyunu ilə seçilən futbolçulardan Kevin-Prins Boatenq karyerasını “Milan”da davam etdirəcək. Qol.Az-ın “Tuttosport”a istinadən məlumatına görə, “Portsmut”un orta sahə oyunçusu dünən Milan şəhərinin eyniadlı təmsilçisinin məşqinə qatılıb. Lakin maraqlıdır ki, hələlik o, klubla rəsmi müqaviləyə imza atmayıb. Onun indidən “Milan”ın düşərgəsinə qoşulması isə yeni komandasına və oyundaşlarına alışması üçün atılan addım kimi dəyərləndirilir.
Qeyd edək ki, anlaşmanın maliyyə detalları və müqavilə haqda hər hansı məlumat verilməsə də, bu günlərdə qanalı yarımmdüafiəçinin rəsmən Milan klubuyla anlaşacağı gözlənilir.


Son xəbərlər
22.12.24  10:16

Daha 5 il "Bayer"də

21.12.24  17:52

Tovuzda heç-heçə