Bu günlərdə başa çatan Meksika çempionatında həssas anlar yaşanıb.
Qol.az xəbər verir ki, hadisə “Monterey”in “pley off”un finalında “Amerika”ya penatilər seriyasında 4:2 hesabı ilə qalib gəldiyi oyun yekunlaşanda baş verib. “Monterey” bu qələbə sayəsində 2010-cu ildən sonra ilk dəfə çempion olub. Futbolçular meydana girib qələbəni bayram etdiyi anda komandanın baş məşqçisi Antonio Mohamed texniki zonada əyləşərək hönkür-hönkür ağlamağa və dua etməyə başlayıb (həmin anlar bu videoda).
Bunun səbəbləri haqda yazan xarici media bildirir ki, Antonio Mohamed 1998-2000-ci ildə futbolçu kimi “Monterey”də çıxış edib. Bu müddətdə Antonionun oğlu Fəridin kluba sevgisi yaranıb. Mohamed oğluna söz verib ki, bir zaman o yenidən bu komandaya qayıdacaq və onu çempion edəcək. Amma azyaşlı Fəridə bu anı görmək qismət olmayıb. O, 2006-cı ildə Almaniyada ağır yol qəzası zamanı həlak olub. Antonio isə həmin qəzada ağır yaralanıb, hətta ayağını itirmək təhlükəsi qarşısında qalıb.
Qəzanın baş verməsinə isə Fəridin Argentinanın dünya çempionatındakı oyununa çatmaq üçün atasına maşını sürətlə sürməyi xahiş etməsi olub.
Bu faciə onun ailəsində ciddi münaqişəyə, yekunda həyat yoldaşı ilə ayrılığa səbəb olub. Bütün bunlara baxmayaraq, Antonio Mohamed futbol fəaliyyətini davam etdirib, öz üzərində ürəkdən çalışıb və 13 il əvvəl oğluna verdiyi sözü tutaraq komandasını çempion edə bilib.
Antirekord təkrarlandı
Millidə tarixi qol vurdu
Kürasao - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Ekvador - Almaniya: Heyətlər
"Bavariya" mundial oyunçusuna göz dikdi
"Mançester Yunayted" onu yenidən "Trabzonspor"a göndərir
Uğursuz çıxışdan sonra millini tərk etdi
Mərakeş millisindən yeni rekord
Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
Mourinyo oyunçularının DÇ-2026-nı tez tərk etməsini istəyir
"Rəqibə hörmətlə yanaşsaq..."
Mundiallarda ən çox ona qarşı qayda pozuldu
“Qarabağ”dan bu yayın 6-cı transferi - Rəsmi
"Bayer"dən "Arsenal"a keçdi
AFFA 2 komandanın şikayətini təmin etdi
"Səbail"ə qayıtdı
Rəqibin ayağını sındırdı - Sərt cəzalandırıldı
Corcina: "Ronaldo 50 yaşına qədər oynaya bilər"
Fransa - Norveç matçı təxirə salına bilər
Ronaldo və Rivaldonun göstəricisini təkrarladı
"ABŞ ilə matç bizim üçün şərəf oyunudur" - Kenan Yıldız
Meksika azarkeşlərinin bayramı faciə ilə nəticələndi
FIFA bu ölkənin üzvlüyünü dayandırdı
Tramp: "DÇ-2026 rekordlar qırır"
“İnter” Dimarkonun müqaviləsini uzadır
İran millisi Misirlə oyundan əvvəl problemlə üzləşdi
Neymar paltardəyişmə otağında ağlayıb
Urfan Abbasovla yollar ayrıldı
Keyta "Qəbələ" ilə müqaviləni uzatdı
Mundialda bombardirlik yarışı - TOP-20-də kimlər var?
Mərakeş Haitini bu 4 qolla yola saldı - Video