"Klubumuza qış fasiləsində yeni futbolçunun cəlb olunmayacağı barədə açıqlamamızın maddi məsələlərlə əlaqəsi yoxdur".
Bunu jurnalistlərə açıqlamasında "Sumqayıt"ın prezidenti Riad Rəfiyev deyib. Onun sözlərinə görə, komandanın hazırkı heyəti qənaətbəxşdir: "Bu məsələni klubumuzun məşqçilər heyəti ilə müzakirə etmişik. Fikrimizcə, hazırkı heyətimiz normaldır, pis deyil. Bəlkə bir futbolçu cəlb oluna bilər. Onun isə bizə nə qədər uyğun olub-olmayacağına, kömək etməyə nə dərəcədə qadir olduğuna baxandan sonra qərar verəcəyik. Amma mütləq hansısa futbolçu ilə müqavilə bağlayacağımıza dair niyyətimiz yoxdur".
Rəfiyev "Sumqayıt"ın heyətində yer alan Mehdi Şərifi və Peyman Babayinin Azərbaycan pasportu olmadığını etiraf etsə də, onlara qarşı ayrıseçkiliyin edilmədiyini diqqətə çatdırıb: "Şərifi və Babayi Peşəkar Futbol Liqasında legioner kimi qeydiyyatdan keçiblər. Burada heç bir sirr yoxdur. Bunu özünüz də araşdıra bilərsiniz. Amma hər ikisi cənubi azərbaycanlıdır, azərbaycanca sərbəst danışırlar. Onlarla yerli futbolçular arasında heç bir fərq qoymuruq. Ayırsaq, məncə, düzgün olmaz".
Klub prezidenti komandanın əslən azərbaycanlı futbolçularından Əmir Ağayev və digərlərinin Azərbaycan milli komandasına cəlb olunma məsələsinə də münasibət bildirib. Rəfiyevin sözlərinə görə, bu, baş məşqçinin qərarından asılı olacaq: "Amma hüquqi baxımdan, Azərbaycan yığmasında çıxış etməyə ixtiyarları var" (Report).
Antirekord təkrarlandı
Millidə tarixi qol vurdu
Kürasao - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Ekvador - Almaniya: Heyətlər
"Bavariya" mundial oyunçusuna göz dikdi
"Mançester Yunayted" onu yenidən "Trabzonspor"a göndərir
Uğursuz çıxışdan sonra millini tərk etdi
Mərakeş millisindən yeni rekord
Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
Mourinyo oyunçularının DÇ-2026-nı tez tərk etməsini istəyir
"Rəqibə hörmətlə yanaşsaq..."
Mundiallarda ən çox ona qarşı qayda pozuldu
“Qarabağ”dan bu yayın 6-cı transferi - Rəsmi
"Bayer"dən "Arsenal"a keçdi
AFFA 2 komandanın şikayətini təmin etdi
"Səbail"ə qayıtdı
Rəqibin ayağını sındırdı - Sərt cəzalandırıldı
Corcina: "Ronaldo 50 yaşına qədər oynaya bilər"
Fransa - Norveç matçı təxirə salına bilər
Ronaldo və Rivaldonun göstəricisini təkrarladı
"ABŞ ilə matç bizim üçün şərəf oyunudur" - Kenan Yıldız